• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Gənclər Forumu keçiriləcək



Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Gənclər Forumu keçiriləcək
29.04.2026 12:17

 

30 aprel – 1 may tarixlərində paytaxtda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumu keçiriləcək. 

BTQ-dən verilən məlumata görə, forumda ilk dəfə olaraq indiki və keçmiş müstəmləkələri təmsil edən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak edəcək.

Ümumilikdə 17 ölkədən qonaqlar ölkəmizlə tanış olacaq, eləcə də öz təcrübələrini bölüşəcəklər. Eyni zamanda ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbə və tədqiqatçılar Foruma qatılacaq. 

Tədbirdə iştirak edən gənclər kolonializm və neokolonializmin müasir fəsadlarına qarşı mübarizədə gənclərin beynəlxalq həmrəylik şəbəkəsinin və əməkdaşlıq platformasının qurulması, ortaq məqsədlər ətrafında daha sistemli və effektiv beynəlxalq əməkdaşlıq mexanizmlərinin işlənib hazırlanması istiqamətində fikir mübadiləsi aparacaq. 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Məcnun Məmmədov: Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 11 milyard manatı ötüb
Cəmiyyət 10:21
Məcnun Məmmədov: Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 11 milyard manatı ötüb
Məhkəmə qərarları Ombudsman institutunun işini çətinləşdirir
Cəmiyyət 10:06
Məhkəmə qərarları Ombudsman institutunun işini çətinləşdirir


“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır
Cəmiyyət 09:44
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır
Faktiki hava açıqlanıb
Cəmiyyət 09:37
Faktiki hava açıqlanıb
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - yenilənib
Cəmiyyət 23:59
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - yenilənib
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:29
Sabah bu ərazilərdə işıq olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:07
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Cəmiyyət 20:25
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:00
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol