• $
  • £

Xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş mümkün olub

Xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş mümkün olub
29.04.2026 18:06

Azərbaycanda xarici bank kartı ilə də ictimai nəqliyyatda ödəniş etmək imkanı yaradılıb.Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) öncə silsilə tədbirlərdən daha biri reallaşıb. Artıq ictimai nəqliyyatda xarici bank kartları ilə ödənişlər mümkün olub. Belə ki, xarici emissiyalı bank kartları vasitəsilə ictimai nəqliyyatda NFC texnologiyası əsasında təmassız ödəniş imkanı qoşulub.

Yenilik sayəsində xarici vətəndaşlar, turistlər əlavə kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə ödəniş mümkün idi.

NFC ödəniş sisteminə ötən ildən başlanılıb. Bu, sərnişinlərə rahat ödəniş imkanı yaratmaqla yanaşı, xidmət keyfiyyətini artırmağa da imkan verir.

NFC ödəniş sistemi hazırda Bakı və Gəncə şəhərlərində, eyni zamanda Bakı-Sumqayıt marşrutlarında istifadə edilir.

İctimai nəqliyyatda bu yeniliyə "K-Group" MMC (BakıKart) şirkəti və banklarla birgə əməkdaşlıq çərçivəsində nail olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlı İcra Hakimiyyətində əməliyyat: həbs olunanlar var
Cəmiyyət 18:19
Yardımlı İcra Hakimiyyətində əməliyyat: həbs olunanlar var
Allahşükür Paşazadə İlham Əliyevə təşəkkür edib
Cəmiyyət 17:26
Allahşükür Paşazadə İlham Əliyevə təşəkkür edib
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Cəmiyyət 17:10
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
Cəmiyyət 16:51
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
Azərbaycan 8 ayda 617 min tondan çox neft məhsulu ixrac edib
Cəmiyyət 15:55
Azərbaycan 8 ayda 617 min tondan çox neft məhsulu ixrac edib

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15:09
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Borc tələbini qiymətli kağızlara yönəltmək mümkün olacaq
Cəmiyyət 14:47
Borc tələbini qiymətli kağızlara yönəltmək mümkün olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video
Cəmiyyət 13:59
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video

Avtobuslarla 500 mindən çox sərnişin daşınıb
Cəmiyyət 13:43
Avtobuslarla 500 mindən çox sərnişin daşınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol