• $
  • £

bp-dən gələcəyə yönəlmiş üç yeni nəşr

bp-dən gələcəyə yönəlmiş üç yeni nəşr
07.05.2026 15:48

 

 

bp bu gün Azərbaycanda təhsilə, uzunmüddətli potensialın inkişafına və enerji keçidinə dəstək məqsədilə həyata keçirdiyiyeni sosial sərmayə layihəsinin uğurla tamamlandığını elan edib. Layihə çərçivəsində şirkət gələcəyə yönəlmiş üç kitabın Azərbaycan dilində nəşrinə dəstək verib. 

Təşəbbüs Azərbaycan dilində yeni bir kitabın hazırlanmasını və nəşrini, həmçinin beynəlxalq səviyyədə tanınmış iki kitabınAzərbaycan dilinə tərcüməsini və nəşrini əhatə edib. Yeni nəşrlər bunlardır:

• “Açıq elmin öyrənilməsi üçün 12 modul” – bu yeni kitab açıq elmin əsas prinsiplərini və tətbiqini, o cümlədən açıq çıxış (open access) və tədqiqat məlumatlarından məsuliyyətli istifadə məsələlərinə həsr olunub. Nəşrin əsas məqsədi açıq elm sahəsində qlobal qabaqcıl təcrübə barədə anlayışı genişləndirmək, təhsil və tədqiqat prosesində açıq məlumatlardan istifadəni təşviq etmək, həmçinin tədqiqatçıların məlumatların açıqlanması və qorunması məsələlərində düzgün istiqamət tapmasına kömək etməkdir. Kitab Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai Birliyinin sədri İlqar Orucov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi Ruslan Rəhimli və beynəlxalq əmək bazarı üzrə ekspert və tədqiqatçı Manuela Hargassner-Delpos tərəfindən hazırlanıb.

• Helqa Nouotninin müəllifi olduğu “Biz süni intellektə güvənirik: Güc, illüziya və proqnozlaşdırıcı alqoritmlərə nəzarət” adlı kitabın Azərbaycan dilinə tərcümə olunmuş nəşri – bu kitab proqnozlaşdırıcı alqoritmlərin və süni intellektin gələcək, qeyri-müəyyənlik və nəzarət anlayışlarına təsirini təhlil edir. Nəşr süni intellektin sosial, etik və institusional təsirlərini araşdırır, texnosentrik yanaşmaların məhdudiyyətlərini və qeyri-müəyyənliyin qəbul edilməsinin vacibliyini önə çəkir. Nəşrin məqsədi Azərbaycanın elmi və akademik ictimaiyyəti arasında süni intellekt mövzusunda məlumatlı müzakirələri təşviq etməkdir.

• Daniel J. Fiorinonun müəlifi olduğu “Təmiz enerjiyə keçid:Aşağı karbonlu dünya üçün siyasətlər və strategiyalar” adlı kitabın Azərbaycan dilinə tərcümə olunmuş nəşri - bu kitab təmiz enerji keçidi üçün tələb olunan texnologiyalar, strategiyalar və siyasi çağırışlar barədə ümumi məlumattəqdim edir. Nəşrdə əsas diqqət enerjidən səmərəli istifadə, bərpa olunan enerji mənbələri, elektrikləşdirmə və digər aşağı karbonlu həllər üzrə dekarbonizasiya yollarınayönəlib. Kitab həmçinin bu sahədə güclü ictimai və siyasiçərçivələrin vacibliyini vurğulayır. Nəşr enerji strategiyalarıvə dayanıqlılıq sahələri ilə maraqlanan tələbələr, tədqiqatçılar və mütəxəssislər üçün nəzərdə tutulub.

Bu gün yeni nəşrlərin təqdimatına həsr olunmuş tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Azərbaycanda təhsilin inkişafına və bilik mübadiləsinə dəstək həmişə bp-nin sosial təşəbbüslərinin əsas istiqamətlərindən biri olub. Bu gün təqdim edilən nəşrlər müxtəlif mövzuları əhatə etsə də, vacib olan məqam onların elm, enerji və texnologiya sahələrində davamlı və məsuliyyətli inkişafın təmin edilməsi ilə müasir dünyanın əsas çağırışlarına cavab yollarını əhatə etməsidir. Bu kitabların nəşrinə dəstək verməkdə məqsədimiz açıq elm, süni intellekt və təmiz enerji sahələrində qlobal düşüncəyə çıxışı genişləndirmək, yerli tədqiqatçıların, tələbələr, eləcə də ictimai və siyasi fikir adamlarının yeni ideyalarla tanış olmasına şərait yaratmaq, elmi potensialı gücləndirmək və gələcəyimizi formalaşdıran texnologiyalar və strategiyalar ətrafında məlumatlı müzakirələri təşviq etməkdir.”

Layihənin ümumi dəyəri bir yeni kitabın hazırlanması və nəşri, eləcə də iki beynəlxalq kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri də daxil olmaqla 152938 AZN (90000 ABŞ dolları) təşkil edib.

Layihə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai Birliyi tərəfindən icra həyata keçirilib.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 34 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 22:19
Gəncədə 34 yaşlı kişinin meyiti tapılıb
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb
Cəmiyyət 21:51
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb
Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub
Cəmiyyət 21:25
Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub
ADY yay mövsümündə regionlara əlavə qatar reysləri təyin edib
Cəmiyyət 21:10
ADY yay mövsümündə regionlara əlavə qatar reysləri təyin edib
Saray qəsəbəsində yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb
Cəmiyyət 20:29
Saray qəsəbəsində yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb
Ağdamda avtomobil çaya aşıb
Cəmiyyət 20:21
Ağdamda avtomobil çaya aşıb
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib - Video
Cəmiyyət 19:30
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib - Video
Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşüb - FAKTİKİ HAVA
Cəmiyyət 18:34
Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşüb - FAKTİKİ HAVA
Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib
Cəmiyyət 18:16
Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol