• $
  • £

SN: Azərbaycanda gəmiricilərdə hantavirusa rast gəlinmir

SN: Azərbaycanda gəmiricilərdə hantavirusa rast gəlinmir
12.05.2026 15:46

Son günlər beynəlxalq informasiya məkanında hantavirus infeksiyası ilə bağlı yayılan məlumatlarla əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ictimaiyyətə bildirir ki, ölkəmizdə epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur.

Bu barədə  Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, qurum Beynəlxalq Tibbi-Sanitar Qaydalar çərçivəsində müxtəlif ölkələrlə birlikdə profilaktik və sürətli cavab tədbirlərini koordinasiya edir:

"Qeyd olunur ki, insanlar adətən hantavirus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o cümlədən gəmiricilərin ifrazatı ilə qarşımış tozun nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yoluxurlar. Virusun insandan insana ötürülməsi son dərəcə nadirdir və yalnız Amerikada rast gəlinən Andes növü ilə əlaqədar müşahidə edilir.

Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur və ölkə ərazisində yaşayan gəmiricilər arasında bu virusa rast gəlinmir. Bu səbəbdən ölkəmizdə hantavirus infeksiyası rutin laborator müayinə panellərinə daxil deyil. Bununla belə, Azərbaycanda həm insan, həm də heyvan sağlamlığı üzrə laboratoriyalarda hantavirusun müayinəsi üçün bütün texniki imkanlar mövcuddur. Səhiyyə Nazirliyi bu məsələdə ÜST-ün tövsiyələrini rəhbər tutur və ÜST-lə qarşlıqlı əməkdaşlıq edir. Zəruri olduğu təqdirdə (məsələn, müvafiq klinik əlamətləri olan və epidemioloji baxımdan riskli ölkələrdən gələn şəxslər) klinik protokollara uyğun şəkildə müayinələr təşkil ediləcək.

Səhiyyə Nazirliyi epidemioloji vəziyyəti nəzarətdə saxlamaqla əhalini yalnız rəsmi mənbələrə istinad etməyə çağırır. Mövcud vəziyyət ölkə əhalisi üçün hər hansı əlavə risk yaratmır".

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15:09
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Borc tələbini qiymətli kağızlara yönəltmək mümkün olacaq
Cəmiyyət 14:47
Borc tələbini qiymətli kağızlara yönəltmək mümkün olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video
Cəmiyyət 13:59
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video

Avtobuslarla 500 mindən çox sərnişin daşınıb
Cəmiyyət 13:43
Avtobuslarla 500 mindən çox sərnişin daşınıb


Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb
Cəmiyyət 13:00
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb


Azərbaycanda sabah 35 dərəcə isti olacaq
Cəmiyyət 12:35
Azərbaycanda sabah 35 dərəcə isti olacaq

Astaranın üç kəndində qaz kəsilib
Cəmiyyət 12:22
Astaranın üç kəndində qaz kəsilib
Gədəbəydə güllələnmiş meyit tapılıb
Cəmiyyət 12:12
Gədəbəydə güllələnmiş meyit tapılıb
Astaranın 3 kəndində qaz olmayacaq
Cəmiyyət 11:00
Astaranın 3 kəndində qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol