• $
  • €
  • ₽
  • ₺
  • £

“Təhsildə sosial iş” çərçivəsində 460 uşağın dərsə davamiyyəti bərpa edilib

“Təhsildə sosial iş” çərçivəsində 460 uşağın dərsə davamiyyəti bərpa edilib
12.05.2026 17:54

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Təhsildə sosial iş” xidməti çərçivəsində ötən dövrdə sosial işçilər tərəfindən ümumilikdə 1349 məktəbə səfər edilib.

Bu barədə  ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, agentlik və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşlığı çərçivəsində 2023-cü ildən həyata keçirilən bu xidmət çərçivəsində çətin həyat şəraitinə düşmə riski olan uşaqların aşkarlanması və onlarla sosial-psixoloji iş həyata keçirilir.

"Ötən dövrdə 5399 uşaqla məktəbdə ilkin qiymətləndirmə aparılıb. Vəziyyəti daha riskli hesab olunan 2036 uşağın ailələrinə səfər edilərək təfsilatlı qiymətləndirmə həyata keçirilib. Nəticədə uşaqların ailələri ilə sosialyönümlü iş aparılıb, risk qrupuna aid 460 uşağın dərsə davamiyyəti bərpa olunub.

Baxımsız, kimsəsiz uşaqlar isə Agentliyin müvafiq Uşaq evi sosial xidmət müəssisəsinə yerləşdirilib, bəziləri fərdi təhsilə yönləndirilib. Eləcə də, nitq və ünsiyyət çətinliyi olan 123 uşaq loqopedik xidmətlərə cəlb edilib. 124 ailə Nazirliyin tabeliyində fəaliyyət göstərən müvafiq qurumlara yönləndirilərək sosial problemlərinin həllinə dəstək göstərilib.

Eləcə də qeyd edilən dövr ərzində Bakı və regionlarda yerləşən 190-a yaxın ümumtəhsil müəssisəsində müxtəlif mövzularda (uşaq hüquqları, ailə dəyərləri, erkən nigah, məişət zorakılığı, zərərli vərdişlər, psixi sağlamlığın qorunması və s.) maarifləndirici görüşlər təşkil olunub.

“Təhsildə sosial iş” xidməti çərçivəsində aparılan işlər uşaqlara diqqət və qayğının təşviq olunmasını, onlara qarşı pis rəftar və zorakılığın qarşısının alınmasını, bu sahədə məlumatlılığın artırılmasını hədəfləyir",- məlumatda qeyd olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - yenilənib
Cəmiyyət 23:59
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - yenilənib
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:29
Sabah bu ərazilərdə işıq olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:07
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Cəmiyyət 20:25
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:00
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Cəmiyyət 16:32
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Cəmiyyət 15:46
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Cəmiyyət 15:40
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Cəmiyyət 15:28
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol