• $
  • €
  • ₽
  • ₺
  • £

Rafael Tuts: Mənzil siyasəti iqtisadi artımla sosial nəticələr arasında tarazlıq yaratmalıdır

Rafael Tuts: Mənzil siyasəti iqtisadi artımla sosial nəticələr arasında tarazlıq yaratmalıdır
19.05.2026 11:26

Mənzil sektoru tikinti, daşınmaz əmlak, xidmətlər və maliyyə sahələrində iqtisadi fəallıq yaratsa da, insanların sağlamlığı, rifahı, təhsilə çıxışı və gəlir imkanları üçün də həlledici rol oynayır. Bunu UN-Habitat-ın Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts bildirib.

Onun sözlərinə görə, şəhərlər sürətlə genişlənsə də, mənzil, iş yerləri və xidmətlər aşağıgəlirli ailələrə kifayət qədər çatmır.

Bu isə iqtisadi artımın bərabərlik və sosial ədalətlə müşayiət olunmaması riskini artırır.

Tuts bildirib ki, daha inklüziv mənzil həlləri üçün bazar yönümlü yanaşmalarla yanaşı, kirayə mənzil, kooperativ və icma əsaslı modellər, eləcə də aşağı və orta gəlirli ailələrə uyğun maliyyə mexanizmləri genişləndirilməlidir.

O əlavə edib ki, mənzil siyasəti torpaq, infrastruktur, xidmətlər və şəhərsalma ilə birlikdə planlaşdırılmalı, dövlət sektoru isə layihələrin hazırlanması və icrası üzrə institusional imkanlarını gücləndirməlidir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - yenilənib
Cəmiyyət 23:59
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - yenilənib
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:29
Sabah bu ərazilərdə işıq olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:07
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Cəmiyyət 20:25
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:00
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Cəmiyyət 16:32
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Cəmiyyət 15:46
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Cəmiyyət 15:40
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Cəmiyyət 15:28
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol