• $
  • €
  • ₽
  • ₺
  • £

PMI Azərbaycanda nikotin kisələri üçün potensial görür, lakin hələlik onları satışa çıxarmayıb

PMI Azərbaycanda nikotin kisələri üçün potensial görür, lakin hələlik onları satışa çıxarmayıb
22.05.2026 10:45

 

Philip Morris International (PMI) Azərbaycanda nikotin kisələriüçün potensial görür, lakin bu məhsulları hələlik yerli bazarda satışa çıxarmır. Anews.az-a açıqlamasında PMI-nin OralMəhsullar kateqoriyası üzrə prezidenti Nik Rikkets bildirib ki, hazırda şirkətin tüstüsüz portfelindən Azərbaycanda yalnız IQOS — tütün qızdırma sistemi təqdim olunur.

Onun sözlərinə görə, bu kateqoriyanın Azərbaycanda mümkün inkişafı üçün əsas şərtlər istehlakçıların maarifləndirilməsi və tənzimləyici qurumlarla əməkdaşlıq olacaq.

“Siqaret çəkmə ilə bağlı risklərdən qaçmağın ən yaxşı yolu tütün və nikotindən tam imtina etməkdir. Lakin siqareti tərgitməyən insanlar daha yaxşı alternativlərə çıxış əldə etməlidirlər,” — deyə Rikkets bildirib.

Nikotin kisələri nikotin və dadlandırıcılardan ibarət olan kiçik paketlərdir və dodaq ilə diş əti arasına yerləşdirilir. Onlar tütün tərkibli deyil və yanma prosesi baş vermir. Bu səbəbdən, PMI-nin fikrincə, nikotindən imtina etməyən yetkin siqaret çəkənlər üçün siqaretlərə nisbətən daha az zərərli alternativ ola bilər. Bu kisələrdə nikotin tütün yarpaqlarından əldə olunan təbii məhsuldur.

Rikkets bildirib ki, nikotin kisələri hazırda 60-dan çox ölkədə satılır və siqaret çəkənlərin tüstüsüz məhsullara keçməsinə kömək etmək baxımından “çox böyük potensiala” malikdir.

Qeyd etmək lazımdır ki, siqaretləri bu qədər zərərli edən məhz tütünün yanmasıdır. Siqaretlə bağlı xəstəliklərin əsas səbəbi siqaret tüstüsündə olan zərərli kimyəvi maddələrin yüksək səviyyəsidir.

Rikkets əlavə edib ki, siqaret çəkmənin riskləri barədə məlumatlılıq artdıqca, istehlakçılar getdikcə daha çox alternativlərə — o cümlədən nikotin kisələrinə və tütün qızdırma sistemlərinə — üstünlük verirlər.

Tüstüsüz alternativlərin siqaret çəkmə səviyyəsinin azalmasına əhəmiyyətli təsir göstərdiyi ölkə kimi o, İsveçi nümunə göstərib.

Onun sözlərinə görə, bu ölkədə yetkin əhali arasında siqaret çəkənlərin xüsusi çəkisi 1980-ci illərdəki təxminən 35%-dən hazırda təxminən 5%-ə düşüb.

“İsveç buna elmi əsaslı tənzimləmə və tüstüsüz alternativlərin əlçatanlığı sayəsində nail olub,” deyə o bildirib.

Eyni zamanda, həkimlər, beynəlxalq təşkilatlar və şirkətinnümayəndələri vurğulayırlar ki, nikotin kisələri zərərsiz deyil: nikotin asılılıq yaradır və xüsusilə yeniyetmələrdə ürək-damar sisteminə təsir göstərə bilər.

PMI bildirir ki, onun tüstüsüz məhsulları yalnız siqaret çəkməyə davam edən yetkin istifadəçilər üçün nəzərdə tutulub və ən yaxşı seçim tütün və nikotindən tam imtina etməkdir.

Azərbaycanda PMI-nin tüstüsüz məhsullarına IQOS və TEREA tütün çubuqları daxildir və şirkətin tüstüsüz portfelinin distribyutoru Prime Light LLC-dir.

PMI-nin məlumatına görə, IQOS hazırda dünyanın 70-dən çox ölkəsində satışdadır və 2024-cü ilin sonuna yetkin istifadəçilərin sayı 35 milyonu keçib.

Qeyd etmək lazımdır ki, bu ilin əvvəlində ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) genişmiqyaslı elmi qiymətləndirmədən sonra 20 növ ZYN nikotin kisəsinin marketinqinə icazə verib və bununla da ZYN ABŞ-da icazə verilmiş ilk və yeganə nikotin kisəsi olub.

Şirkətin bildirdiyinə görə, ABŞ-da “Swedish Match” şirkətitərəfindən hazırda satılan bütün ZYN nikotin kisələrinin FDA tərəfindən təsdiqlənməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addımdır, çünki bu, yetkinlərə siqaret və digər ənənəvi tütün məhsullarına daha yaxşı alternativlər təqdim edir.

2026-cı ilin mart ayına olan məlumata görə, PMI-nin tüstüsüz məhsulları 108 bazarda satışda olub və onların demək olar ki, yarısında şirkətin üç əsas brendindən (IQOS, ZYN və VEEV) ən azı ikisi mövcuddur.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - yenilənib
Cəmiyyət 23:59
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - yenilənib
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:29
Sabah bu ərazilərdə işıq olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:07
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Cəmiyyət 20:25
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:00
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Cəmiyyət 16:32
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Cəmiyyət 15:46
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Cəmiyyət 15:40
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Cəmiyyət 15:28
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol