• $
  • £

FHN Lənkəranda təlim keçirib

FHN Lənkəranda təlim keçirib
23.05.2026 15:37

Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzinin (RM) təşkilatçılığı ilə Lənkəran rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, təlimdə FHN Cənub RM-in rəisi polkovnik Müsəddiq Əsədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Cəfərzadə, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran Regional Mərkəzinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə, Lənkəran rayonunda təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib.

Müşavirədə çıxış edən Cənub RM-in rəisi polkovnik Müsəddiq Əsədov mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.

Müşavirədə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Cəfərzadə təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə fəaliyyətinin və əməkdaşlığının əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonra kompleks mülki müdafiə təliminə start verilib.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub.

Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal baş vermiş ərazidə kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işləri həyata keçirilib. Eyni zamanda, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin reallaşdırılması, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirləri simulyasiya edilib.

Kompleks mülki müdafiə təliminə ümumilikdə 208 nəfərdən ibarət şəxsi heyət və 43 ədəd texnika cəlb edilib. Tədbirin gedişində FHN qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramiz Mehdiyevin işində onlar da dindirilib
Cəmiyyət 15:46
Ramiz Mehdiyevin işində onlar da dindirilib
Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib
Cəmiyyət 14:42
Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Cəmiyyət 14:36
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
"Ehdiparfum" və dostu sərbəst buraxıldı
Cəmiyyət 14:15
"Ehdiparfum" və dostu sərbəst buraxıldı
2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
Cəmiyyət 13:18
2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
"Azərkimya” etilen və propilen istehsal gücünü açıqlayıb
Cəmiyyət 13:02
"Azərkimya” etilen və propilen istehsal gücünü açıqlayıb
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
Cəmiyyət 12:59
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Cəmiyyət 12:26
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol