• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank gənclərin böyük marağını nəzərə alaraq “Summer Challenge 2026” proqramına qeydiyyatı uzatdı!

Yelo Bank gənclərin böyük marağını nəzərə alaraq “Summer Challenge 2026” proqramına qeydiyyatı uzatdı!
25.05.2026 14:25

Yelo Bank-ın karyera qurmaq istəyən dinamik gənclər üçün elan etdiyi “Summer Challenge 2026” təcrübə proqramı start verdiyi ilk gündən tələbə və yeni məzunlar tərəfindən böyük maraqla qarşılanıb. Gənclərdən gələn çoxsaylı müraciətləri və aktivliyi nəzərə alaraq, Bank qeydiyyat müddətini uzatmaq qərarına gəlib. Beləliklə, layihəyə qoşulmaq istəyən gənclər 31 may 2026-cı il tarixinədək müraciət edə bilərlər.

Xatırladaq ki, 3 ay davam edəcək bu proqram gənclərə müasir bankçılıq mühitində real iş təcrübəsi qazanmaq, peşəkar mentorlardan öyrənmək və gələcək karyerasını Yelo komandasının bir üzvü kimi davam etdirmək şansı verir. İştirakçılar öz bacarıqlarına uyğun olaraq İnsan Resursları, Satış, Maliyyə və Mühasibatlıq, Proqramlaşdırma, İnformasiya Texnologiyaları, Brendin İdarəedilməsi və Bankın xidmət şəbəkəsində təcrübə keçəcəklər.

Proqramda iştirak etmək və bu yayını həm əyləncəli, həm də karyerası üçün səmərəli keçirmək istəyən namizədlər 3 qısa sualı cavablandıran 60-90 saniyəlik motivasiya videosu çəkməli və qeydiyyat formasını doldurmalıdırlar. Seçim zamanı özünü səmimi ifadə edən və tapşırığa yaradıcı yanaşan gənclərə üstünlük veriləcək.

Bank-ın təqdim etdiyi bu parlaq başlanğıcı qaçırmamaq və "Summer Challenge" ailəsinə qoşulmaq üçün son tarix 31 maydır. Müraciət üçün indi tam zamanıdır: //ylb.az/summerch2026.

Banklarda vakansiya ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - yenilənib
Cəmiyyət 23:59
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - yenilənib
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:29
Sabah bu ərazilərdə işıq olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:07
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Cəmiyyət 20:25
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:00
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Cəmiyyət 16:32
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Cəmiyyət 15:46
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Cəmiyyət 15:40
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Cəmiyyət 15:28
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol