• $
  • £

Elə etməliyik insanların kəndlərə qayıdışı başlasın - Prezident

Elə etməliyik insanların kəndlərə qayıdışı başlasın - Prezident
25.05.2026 16:43

Genişmiqyaslı urbanizasiya və kəndlərdən şəhərlərə axın həm Azərbaycan, həm də digər ölkələr üçün əsas çağırışlardan biridir. Bunu prezient İlham Əliyev bu gün keçirdiyi müşavirədə deyib.

Prezident qeyd edib ki, bu məsələ yaxın vaxtlarda Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu zamanı da geniş müzakirə olunub.

“Biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın”, - Əliyev deyib.

Onun sözlərinə görə, bunun üçün kənd və şəhər arasında sosial, iqtisadi və infrastruktur fərqləri minimuma endirilməlidir.

Prezident bildirib ki, həyata keçirilən Regional İnkişaf proqramlarının əsas məqsədi bölgələrdə yaşayış və məşğulluq imkanlarını artırmaq olub.

Əliyev qeyd edib ki, regionlarda müasir xəstəxanalar tikilib, məktəb infrastrukturu yenilənib və yararsız vəziyyətdə olan məktəblərin sayı ildən-ilə azalır.

“Bizim məktəblərin təqribən 80-90 faizi təmir edilib və ya yenidən tikilib”, - prezident vurğulayıb.

Onun sözlərinə görə, bölgələrdə məşğulluğun artırılması və insanların torpağa bağlılığının gücləndirilməsi üçün kənd təsərrüfatının inkişafına yeni təkan verilməlidir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Xırdalanda qumbara partlayıb, 19 yaşlı qız ölüb
Cəmiyyət 13:27
Xırdalanda qumbara partlayıb, 19 yaşlı qız ölüb


Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb
Cəmiyyət 13:00
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb


Azərbaycanda sabah 35 dərəcə isti olacaq
Cəmiyyət 12:35
Azərbaycanda sabah 35 dərəcə isti olacaq

Astaranın üç kəndində qaz kəsilib
Cəmiyyət 12:22
Astaranın üç kəndində qaz kəsilib
Gədəbəydə güllələnmiş meyit tapılıb
Cəmiyyət 12:12
Gədəbəydə güllələnmiş meyit tapılıb
Astaranın 3 kəndində qaz olmayacaq
Cəmiyyət 11:00
Astaranın 3 kəndində qaz olmayacaq
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
Cəmiyyət 10:46
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
DİN: Sentyabrın 14-də 36 cinayət açılıb
Cəmiyyət 10:09
DİN: Sentyabrın 14-də 36 cinayət açılıb
Azərbaycan və ADB “yaşıl maliyyə”nin inkişafını müzakirə edib
Cəmiyyət 10:03
Azərbaycan və ADB “yaşıl maliyyə”nin inkişafını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol