• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Qurban bayramı qeyd edilir

Azərbaycanda Qurban bayramı qeyd edilir
27.05.2026 00:02

Azərbaycanda bu gün Qurban bayramı qeyd olunur.

Müsəlman aləmində ən müqəddəs bayramlardan biri hesab olunan Qurban bayramı hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il bayram miladi təqvimlə mayın 27-nə təsadüf edir.

Bayram münasibətilə ölkənin bütün məscidlərində namaz qılınacaq. Bakıda bayram namazı Əjdərbəy məscidində saat 08:00-da, Təzəpir məscidində isə 09:00-da keçiriləcək.

Qurban kəsimi bu gün və sabah həyata keçirilə bilər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ayırdığı xüsusi məkanlarda keçiriləcək kəsim prosesinə Qafqaz Müsəlmanları İdarəsinin din xadimləri nəzarət edəcək.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanununa əsasən, Qurban bayramı dövlət səviyyəsində qeyd olunur.

Nazirlər Kabinetinin qərarına əsasən, mayın 27 və 28-i Qurban bayramı günləri elan edilib. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - yenilənib
Cəmiyyət 23:59
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - yenilənib
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:29
Sabah bu ərazilərdə işıq olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:07
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Cəmiyyət 20:25
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:00
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Cəmiyyət 16:32
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Cəmiyyət 15:46
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Cəmiyyət 15:40
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Cəmiyyət 15:28
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol