Maştağada baş verən yanğın məhdudlaşdırılıb - Yenilənib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.Bu barədə FHN-dən xəbər verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
***
Bakıda güclü yanğın başlayıb.Bu barədə "Report" xəbər verir.
Hadisə Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri müvafiq ünvanda operativ tədbirlər həyata keçirir.