• $
  • €
  • ₽
  • ₺
  • £

Avtonom nəqliyyat vasitələri ilə bağlı məsuliyyət məsələləri növbəti mərhələdə tənzimlənəcək - nazir müavini

Avtonom nəqliyyat vasitələri ilə bağlı məsuliyyət məsələləri növbəti mərhələdə tənzimlənəcək - nazir müavini
04.06.2026 11:27

Avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı məsuliyyət, sertifikatlaşdırma və sınaq qaydalarına dair məsələlər qanunvericiliyin növbəti mərhələlərində daha ətraflı tənzimlənəcək. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisdə avtonom nəqliyyat vasitələri ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.


Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması mərhələsində də bu məsələlər geniş şəkildə müzakirə olunub.


“Bu gün avtonom nəqliyyat vasitələri ilə bağlı yalnız Azərbaycanda deyil, bütün dünyada axtarış və sınaq mərhələsi davam edir. Xüsusilə avtonom avtomobillərin iştirakı ilə baş verə biləcək qəzalar, etik məsələlər və alqoritmlərin hansı prinsiplər əsasında qərar verməli olduğu kimi mövzular beynəlxalq müzakirə predmetidir”, - nazir müavini bildirib.

Hümmətov qeyd edib ki, dəniz nəqliyyatında avtonom sistemlərin tətbiqi ilə bağlı beynəlxalq konvensiyanın hazırlanması istiqamətində də işlər aparılır. Lakin hazırda bu sahədə vahid beynəlxalq standartlar və formalaşmış yanaşma mövcud deyil.


Nazir müavini vurğulayıb ki, operatorların, istehsalçıların və digər tərəflərin məsuliyyət bölgüsü ilə bağlı məsələlər qanun qəbul edildikdən sonra hazırlanacaq əlavə normativ-hüquqi aktlarda öz əksini tapa bilər.


“Qanun qəbul olunduqdan və Prezident tərəfindən onun tətbiqi ilə bağlı müvafiq fərman verildikdən sonra İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğunlaşdırıcı dəyişikliklərlə bağlı təkliflər hazırlanacaq”, - o bildirib.


Rəhman Hümmətov əlavə edib ki, avtonom nəqliyyat vasitələrinin sınaq rejimində istifadəsi, test ərazilərinin müəyyənləşdirilməsi, sertifikatların verilməsi və məsuliyyət mexanizmlərinin formalaşdırılması kimi məsələlər də sonrakı mərhələlərdə həllini tapacaq.


Onun sözlərinə görə, hazırkı qanun layihəsi avtonom nəqliyyat texnologiyalarının tətbiqi istiqamətində ilk addımdır və hüquqi bazanın təkmilləşdirilməsi prosesi mərhələli şəkildə davam etdiriləcək.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ziya Bünyadov prospektində yük avtomobili qəzaya uğrayıb, hərəkət məhdudlaşdırılıb
Cəmiyyət 23:08
Ziya Bünyadov prospektində yük avtomobili qəzaya uğrayıb, hərəkət məhdudlaşdırılıb
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:29
Sabah bu ərazilərdə işıq olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:07
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Cəmiyyət 20:25
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:00
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Cəmiyyət 16:32
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Cəmiyyət 15:46
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Cəmiyyət 15:40
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Cəmiyyət 15:28
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol