• $
  • £

Zaur Əliyev: Aqrar məhsulların ixracının artacağı gözlənilir

Zaur Əliyev: Aqrar məhsulların ixracının artacağı gözlənilir
04.06.2026 12:39

 

Azərbaycanda 2026-2030-cu illər üçün təsdiqlənmiş yeni dövlət proqramının icrası nəticəsində aqrar sektor üzrə ümumi daxili məhsulun (ÜDM) orta illik artımının ən azı 2%, kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının isə 1orta hesabla 33% artacağı gözlənilir. Bu barədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahədə dayanıqlı inkişafın təmin olunmasına, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsinə, aqrar dəyər zəncirlərinin inkişafına və fermerlərin müasir xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə yönəlib.

Nazir müavini qeyd edib ki, proqram çərçivəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi məqsədilə taxılçılığın inkişafına xüsusi diqqət ayrılıb. Belə ki, 2030-cu ilədək ixtisaslaşmış rayonlarda buğda üzrə orta məhsuldarlığın hər hektardan 50 sentnerə çatdırılması nəzərdə tutulur. Bu, istehsalın təxminən 20% artmasına və özünütəminetmə səviyyəsinin yüksəlməsinə imkan verəcək.

Proqramda pambıqçılıq sektorunun inkişafı ilə bağlı da hədəflər müəyyənləşdirilib. 2030-cu ilədək ixtisaslaşmış rayonlarda pambıq üzrə orta məhsuldarlığın hər hektardan 50 sentnerə çatdırılması, eyni zamanda pambıq emalı məhsullarının həcminin dörd dəfə artırılması planlaşdırılır.

Zaur Əliyev bildirib ki, su ehtiyatlarından daha səmərəli istifadə məqsədilə müasir suvarma sistemləri tətbiq olunan ərazilərin sahəsinin hazırkı 130 min hektardan 300 min hektara çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, intensiv və superintensiv meyvə bağlarının sahəsinin 20 min hektar artırılması planlaşdırılır.

Nazir müavininin sözlərinə görə, ixrac potensialının artırılması məqsədilə istixana təsərrüfatlarının genişləndirilməsi, Cəbrayıl rayonunda “Şərqi Zəngəzur” pilot istixana aqroparkının yaradılması, həmçinin əlavə 100 min tonluq soyuducu anbar və 150 min tonluq müasir taxıl silolarının qurulması dəstəklənəcək.

Dövlət Proqramında heyvandarlıq sektorunun inkişafı da əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Sənədə əsasən, yüksək məhsuldar cins heyvanların ümumi sürüdə payının 10%-ə çatdırılması, süd istehsalının təxminən 10%, ət istehsalının isə 20% artırılması hədəflənir. Qoyunçuluq təsərrüfatlarının genişləndirilməsi hesabına qoyun əti ilə tam özünütəminetmə səviyyəsinə nail olunması planlaşdırılır.

Bundan əlavə, quşçuluq sektorunda istehsalın təxminən 30% artırılması, balıqçılıq və akvakultura sahəsində isə istehsalın 7,7 min tona çatdırılması, özünütəminetmə səviyyəsinin yüksəldilməsi və ixrac imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Zaur Əliyev vurğulayıb ki, proqramın həyata keçirilməsi kənd təsərrüfatında məhsuldarlığın və rəqabətqabiliyyətliliyin yüksəlməsinə, regionlarda məşğulluğun genişlənməsinə və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə açıq sahədə yanğın olub
Cəmiyyət 15:09
Bərdədə açıq sahədə yanğın olub
Prezidentdən AZAL-la bağlı - fərman
Cəmiyyət 14:19
Prezidentdən AZAL-la bağlı - fərman

AZCON-a yeni səlahiyyət verilib- FƏRMAN
Cəmiyyət 13:34
AZCON-a yeni səlahiyyət verilib- FƏRMAN
Bəxtiyar Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib
Cəmiyyət 13:25
Bəxtiyar Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib

İyulda dövlət sərhədini pozduğuna görə 26 nəfər saxlanılıb
Cəmiyyət 13:15
İyulda dövlət sərhədini pozduğuna görə 26 nəfər saxlanılıb

Sabah 39 dərəcə isti olacaq
Cəmiyyət 12:39
Sabah 39 dərəcə isti olacaq
Bakıda ticarət mərkəzində lift təmir edən usta yıxılaraq ölüb
Cəmiyyət 11:49
Bakıda ticarət mərkəzində lift təmir edən usta yıxılaraq ölüb

İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
Cəmiyyət 11:37
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
Bakıdakı bu bağçalarla bağlı qərar verilib
Cəmiyyət 11:20
Bakıdakı bu bağçalarla bağlı qərar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol