• $
  • £

Deputat əlavə maliyyə dəstəyi və sığorta mexanizmlərinin gücləndirilməsinə çağırıb

Deputat əlavə maliyyə dəstəyi və sığorta mexanizmlərinin gücləndirilməsinə çağırıb
05.06.2026 11:32

Təbii hadisələr nəticəsində yaranan zərərlərin aradan qaldırılması üçün əlavə maliyyə dəstəyinə ehtiyac var və sığorta sistemi daha effektiv işləməlidir. Bunu deputat Əli Məsimli deyib.

Məsimli bildirib ki, dəymiş ziyanın həcmi nəzərə alındıqda, mövcud tədbirlərlə yanaşı əlavə maliyyə resurslarının ayrılması zəruridir.

“Lakin dəyən ziyanın həcmi nəzərə alındıqda, əlavə maliyyə dəstəyinə ehtiyac olduğu aydın görünür. Eyni zamanda, sığorta sisteminin daha geniş və effektiv şəkildə tətbiq olunması vacibdir. Mən hesab edirəm ki, müxtəlif mexanizmlərlə sığorta sistemi təkmilləşdirilməli və dövlətə hər dəfə əlavə yük düşməsinin qarşısı alınmalıdır. Sığorta mexanizmi tam gücü ilə işləməli və zərər hallarında əsas maliyyə təminatı rolunu oynamalıdır”, – deputat deyib.

Onun sözlərinə görə, yerli qurumların fəaliyyəti ümumilikdə müsbət qiymətləndirilə bilər, lakin bəzi problemlər daha mərkəzləşdirilmiş yanaşma tələb edir.

“Yerli strukturların fəaliyyəti ümumilikdə müsbət qiymətləndirilir. Onlar öz səlahiyyətləri çərçivəsində bir sıra problemlərin həlli istiqamətində işlər görürlər. Lakin intensiv yağışlar zamanı problemlərin təkrar yaranması, məsələn körpülərin uçması kimi hallar göstərir ki, bəzi məsələlər daha mərkəzləşdirilmiş yanaşma tələb edir”, – Məsimli bildirib.

Deputat əlavə edib ki, həm yerli, həm də mərkəzi səviyyədə maliyyə resurslarının artırılması və vəsaitlərin istifadəsində şəffaflığın təmin olunması vacibdir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Astaranın 3 kəndində qaz olmayacaq
Cəmiyyət 11:00
Astaranın 3 kəndində qaz olmayacaq
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
Cəmiyyət 10:46
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
DİN: Sentyabrın 14-də 36 cinayət açılıb
Cəmiyyət 10:09
DİN: Sentyabrın 14-də 36 cinayət açılıb
Azərbaycan və ADB “yaşıl maliyyə”nin inkişafını müzakirə edib
Cəmiyyət 10:03
Azərbaycan və ADB “yaşıl maliyyə”nin inkişafını müzakirə edib
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 23:10
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Bərdədə yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Cəmiyyət 22:25
Bərdədə yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Cəmiyyət 21:44
Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:29
Sabah bu ərazilərdə qaz olmayacaq
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
Cəmiyyət 19:30
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol