• $
  • €
  • ₽
  • ₺
  • £

ETX: Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

ETX: Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır
05.06.2026 16:50

Prezident İlham Əliyevin imzaladığı fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) bazasında Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) yaradılması Azərbaycanın kibertəhlükəsizlik sistemində mühüm institusional dəyişiklikdir. Bu barədə ETX-nın açıqlamasında bildirilir.

Məlumata görə, yeni qurum kibertəhlükəsizlik, kibertəhdidlərə qarşı mübarizə, fərdi məlumatların mühafizəsi və milli səviyyədə koordinasiya funksiyalarını daha geniş institusional imkanlarla həyata keçirəcək.

"Bu qərar ölkənin kibertəhlükəsizlik sisteminin növbəti inkişaf mərhələsi və rəqəmsal suverenliyin gücləndirilməsi istiqamətində mühüm strateji addımdır. Başqa sözlə, MKA-nın yaradılması özlüyündə ölkənin kibertəhlükəsizlik idarəetmə modelinin yeni mərhələyə keçididir", - deyə açıqlamada qeyd olunub.

MKA hansı zərurətdən yaradılıb?

ETX-nın rəhbəri Fərid Zeynalovun sözlərinə görə, Azərbaycan qlobal tendensiyaları nəzərə alaraq son illərdə bu istiqamətdə mühüm addımlar atıb. Dövlət başçısının 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı, Milli Kibertəhlükəsizlik Strategiyasının qəbul edilməsi, kritik informasiya infrastrukturlarının qorunması üzrə yeni mexanizmlərin yaradılması və dövlət qurumlarında təhlükəsizlik standartlarının gücləndirilməsi bu siyasətin əsas elementləri olub. Məhz bu proseslərin məntiqi davamı kimi MKA yaradılıb.

Yeni Agentliyin əsas missiyası nə olacaq?

F.Zeynalov qeyd edib ki, Agentlik ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcək, informasiya infrastrukturlarının dayanıqlığını artıracaq, kibertəhdidlərin aşkarlanması, araşdırılması və qarşısının alınması üzrə fəaliyyət göstərəcək. Bununla yanaşı, MKA milli CERT funksiyalarını yerinə yetirərək, kibertəhdidlər barədə məlumatların toplanmasını, təhlil edilməsini və aidiyyəti qurumlarla paylaşılmasını təmin edəcək.

Agentliyin fəaliyyətində diqqətçəkən məqamlardan biri preventiv yanaşmanın ön plana çıxarılmasıdır. Məqsəd yalnız baş vermiş insidentlərə reaksiya vermək deyil, həm də potensial təhdidlərin əvvəlcədən müəyyənləşdirilməsi və risklərin minimuma endirilməsidir.

Dövlət və özəl sektor üçün vahid koordinasiya platforması

MKA-nın mühüm vəzifələrindən biri ölkədə fəaliyyət göstərən informasiya infrastrukturu subyektləri arasında koordinasiyanın gücləndirilməsidir. Bu, dövlət qurumları, telekommunikasiya operatorları, internet provayderləri, maliyyə institutları və digər strateji əhəmiyyətli təşkilatlar arasında məlumat mübadiləsinin daha operativ və sistemli şəkildə həyata keçirilməsinə imkan verəcək. Bu da olduqca vacib məqamdır. Çünki müasir kiberməkanda effektiv müdafiə yalnız ayrı-ayrı qurumların deyil, bütöv ekosistemin koordinasiyalı fəaliyyəti nəticəsində mümkündür.

Fərdi məlumatların mühafizəsinə xüsusi diqqət

Yeni Agentliyin fəaliyyət istiqamətlərindən biri də fərdi məlumatların mühafizəsi olacaq. Agentlik fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi ilə bağlı müraciətləri araşdıracaq, bu sahədə nəzarət mexanizmlərini tətbiq edəcək və qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edəcək. Rəqəmsal xidmətlərin sürətlə inkişaf etdiyi müasir dövrdə bu istiqamət vətəndaşların rəqəmsal hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın beynəlxalq mövqeyi necə dəyişə bilər?

MKA-nın yaradılması Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik əməkdaşlığında rolunu da gücləndirə bilər. Bu gün kibertəhlükələr transmilli xarakter daşıyır və onlara qarşı effektiv mübarizə yalnız beynəlxalq əməkdaşlıq şəraitində mümkündür. Yeni Agentlik xarici tərəfdaşlarla, beynəlxalq təşkilatlarla və digər ölkələrin milli kibertəhlükəsizlik qurumları ilə əməkdaşlığı daha da genişləndirmək imkanına malik olacaq. Mütəxəssislər hesab edirlər ki, bu qərar Azərbaycanın regional kibertəhlükəsizlik mərkəzlərindən birinə çevrilməsi istiqamətində atılmış mühüm addımdır.

Yeni mərhələnin başlanğıcı

2013-cü ildə yaradılmış ETX ölkədə kibertəhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayıb. Məhz bu qurumun bazasında yaradılan MKA həmin təcrübəni və potensialı daha geniş institusional çərçivədə davam etdirəcək.

Yeni Agentliyin yaradılması Azərbaycanın rəqəmsal inkişaf gündəliyinin mühüm tərkib hissəsidir, ölkənin kiberməkanda təhlükəsizliyinin təmin olunmasına, rəqəmsal iqtisadiyyatın dayanıqlığının artırılmasına və milli maraqların qorunmasına xidmət edəcək.

Beləliklə, MKA-nın yaradılması ilə Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni mərhələnin əsası qoyulur. Bu mərhələ dövlət, biznes və vətəndaşların rəqəmsal təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsinə yönəlmiş institusional transformasiya kimi qiymətləndirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ziya Bünyadov prospektində yük avtomobili qəzaya uğrayıb, hərəkət məhdudlaşdırılıb
Cəmiyyət 23:08
Ziya Bünyadov prospektində yük avtomobili qəzaya uğrayıb, hərəkət məhdudlaşdırılıb
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:29
Sabah bu ərazilərdə işıq olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:07
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Cəmiyyət 20:25
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:00
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Cəmiyyət 16:32
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Cəmiyyət 15:46
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Cəmiyyət 15:40
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Cəmiyyət 15:28
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol