• $
  • £

Xarici daşınmaz əmlak alıcıları üçün uzunmüddətli vizalar verilə bilər - Cəlal Qasımov

Xarici daşınmaz əmlak alıcıları üçün uzunmüddətli vizalar verilə bilər - Cəlal Qasımov
16.06.2026 15:26

Azərbaycan xarici daşınmaz əmlak alıcıları üçün daha uzunmüddətli vizalar tətbiq etməklə ölkəyə investisiya axınını artıra bilər. Bunu Paşa Holdinqin baş icraçı direktoru Cəlal Qasımov bildirib.

Qasımov deyib ki, müasir daşınmaz əmlak layihələri yalnız mənzillər deyil, həm də restoranlar, kafelər, ticarət mərkəzləri və kommersiya sahələrini özündə birləşdirən həyat tərzi təqdim etməlidir.

Onun sözlərinə görə, belə layihələr tamamlandıqdan sonra əmlakın dəyəri artır və bu, həm investorların sərvətinin böyüməsinə, həm də iqtisadi fəallığın artmasına səbəb olur.

Qasımov qeyd edib ki, sahibkarlar dəyəri yüksələn əmlakdan girov kimi istifadə edərək əlavə maliyyə resursları cəlb edə bilərlər. Fərdi alıcılar üçün isə daşınmaz əmlakın dəyərinin artması sərvətin çoxalması deməkdir ki, bu da istehlakın genişlənməsinə və iqtisadiyyata əlavə töhfə verir.

Onun sözlərinə görə, beynəlxalq brendlərlə əlaqəli yaşayış layihələri xarici investorlar arasında daha çox maraq doğurur.

Bu istiqamətdə dövlət dəstəyinin də vacib olduğunu vurğulayan Qasımov, xarici alıcılar üçün uzunmüddətli viza mexanizmlərinin tətbiqini təklif edib.

"Dubayda olduğu kimi, daşınmaz əmlak alan xarici vətəndaşlara uzunmüddətli yaşayış və ya giriş vizalarının verilməsi investisiya cəlbediciliyini artıra bilər. Bundan əlavə, mənzillərin könüllü dövlət qeydiyyatı sisteminin yaradılması investorların mülkiyyət hüquqlarını daha rahat təsdiqləməsinə və əmlakdan bank sektorunda girov kimi istifadə etməsinə imkan verə bilər", - Qasımov əlavə edib.

Paşa Holding. rəhbəri hesab edir ki, bu cür addımlar xarici kapitalın cəlb olunmasına, daşınmaz əmlak bazarının inkişafına və bütövlükdə iqtisadiyyata müsbət təsir göstərə bilər.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana növbəti partiya dizel yanacağı göndərilib.
İqtisadiyyat 12:47
Azərbaycandan Ermənistana növbəti partiya dizel yanacağı göndərilib.
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
Около 12 тысяч семей обеспечены льготным жильем по проектам MİDA
İqtisadiyyat 14:20
Около 12 тысяч семей обеспечены льготным жильем по проектам MİDA

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını artırıb
İqtisadiyyat 13:21
"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını artırıb

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
İqtisadiyyat 11:53
SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:35
Qızıl və gümüş ucuzlaşıb


Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşıb
İqtisadiyyat 10:18
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:17
Bu günün valyuta məzənnələri açıqlanıb
Bitkoin bahalaşıb
İqtisadiyyat 22:28
Bitkoin bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol