• $
  • £

Azərbaycan halal aqrar istehsal üzrə regional mərkəz ola bilər - nazir

Azərbaycan halal aqrar istehsal üzrə regional mərkəz ola bilər - nazir
16.06.2026 15:50

Azərbaycan halal aqrar istehsal və ixrac üzrə regional mərkəzə çevrilmək üçün geniş imkanlara malikdir. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov  bildirib.

Nazirin sözlərinə görə, qlobal halal ekosistemi artıq ənənəvi sərhədlərini aşaraq dəyəri 2 trilyon dollardan çox olan dayanıqlı inkişaf modelinə çevrilib.

Məmmədov bildirib ki, Azərbaycan kənd təsərrüfatı investorları üçün coğrafi üstünlüklər, dövlət dəstəyi və yüksək artım potensialı təqdim edir.

Onun sözlərinə görə, ölkədə aqrar istehsal real ifadədə 37,8% artıb, balıqçılıq sektoru isə təxminən 2,7 dəfə genişlənib.

Nazir qeyd edib ki, Azərbaycan meyvə, tərəvəz və yumurta kimi məhsullar üzrə özünütəminetməyə nail olub, ət və süd istehsalında isə müsbət dinamika müşahidə olunur.

Onun sözlərinə görə, Azərbaycan fındıq istehsalına görə dünyada 4-cü, xurma ixracına görə 2-ci, şaftalı və nektarin ixracına görə isə 9-cu yerdədir. Ölkə həmçinin çiyələk, albalı, pomidor və pambıq lifi kimi məhsullar üzrə dünyanın aparıcı 20 ixracatçısı sırasındadır.

Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə təsdiqlənən 2026-2030-cu illər üzrə Dövlət Proqramı intensiv, yüksək texnologiyalı və ixracyönümlü kənd təsərrüfatı modelinin inkişafı üçün hüquqi və institusional baza yaradır.

Nazir əlavə edib ki, Azərbaycan vahid halal sertifikatlaşdırma və rəqəmsal izlənmə platformasının yaradılmasını, yaşıl halal aqroparkların inkişafını, islam maliyyəsi və özəl kapitalı birləşdirən xüsusi halal maliyyə alətlərinin formalaşdırılmasını, həmçinin halal ixracın Orta Dəhlizlə əlaqələndirilməsini prioritet hesab edir.
 

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana növbəti partiya dizel yanacağı göndərilib.
İqtisadiyyat 12:47
Azərbaycandan Ermənistana növbəti partiya dizel yanacağı göndərilib.
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
Около 12 тысяч семей обеспечены льготным жильем по проектам MİDA
İqtisadiyyat 14:20
Около 12 тысяч семей обеспечены льготным жильем по проектам MİDA

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını artırıb
İqtisadiyyat 13:21
"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını artırıb

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
İqtisadiyyat 11:53
SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:35
Qızıl və gümüş ucuzlaşıb


Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşıb
İqtisadiyyat 10:18
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:17
Bu günün valyuta məzənnələri açıqlanıb
Bitkoin bahalaşıb
İqtisadiyyat 22:28
Bitkoin bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol