• $
  • £

Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı

Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı
16.06.2026 16:42

Yarışın nəticələrinə əsasən ümumilikdə 36 komanda mükafatçılar sırasına daxil olub 

Azercell-in dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “RobotChallenge Azerbaijan 2026” uğurla yekunlaşıb. Dünyanın ən nüfuzlu robototexnika yarışlarından biri olan “RobotChallenge”in ilk yerli mərhələsi gənclər arasında STEAM təhsilinin təşviqinə və ölkədə innovasiya ekosisteminin inkişafına töhfə verən mühüm platformaya çevrilib. 

Yarışda Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən 600-dən çox iştirakçı, 200-dən artıq komanda mübarizə aparıb.  Yarışın açılış mərasimində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva, “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova, həmçinin sənaye liderləri, texnologiya ekspertləri və digər rəsmi qonaqlar iştirak edib. 

Sona Abbasova gənclərin innovasiya və mühəndislik sahələrindəki potensialının reallaşdırılmasının əhəmiyyətini vurğulayıb. S. Abbasova bildirib ki, Azercell ölkədə rəqəmsal bacarıqların inkişafına və gələcəyin texnologiya liderlərinin formalaşmasına yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirəcək. 

Qeyd edək ki, yarış iştirakçıları müxtəlif kateqoriyalar üzrə öz texniki bilik və bacarıqlarını nümayiş etdirərək innovativ həllər təqdim ediblər. Dinamik qarşılaşmalar və texnoloji layihələr tədbirə gələn çoxsaylı ziyarətçilərin böyük marağına səbəb olub. 

Yarışın yekun nəticələrinə əsasən, 7 əsas və 5 alt kateqoriya üzrə qaliblər müəyyən olunub. Ümumilikdə 36 komanda mükafatçılar sırasına daxil olub. Onlardan 12 komanda birinci, 12 komanda ikinci, 12 komanda isə üçüncü yerə layiq görülüb. Komandaların təqdim etdiyi innovativ həllər, texniki yanaşmalar və yüksək performans münsiflər heyəti tərəfindən xüsusi qiymətləndirilib. Xatırladaq ki, yerli mərhələnin qalibləri Azərbaycanı Çində keçiriləcək beynəlxalq finalda təmsil etmək hüququ qazanıblar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı
Texnologiya 16:42
Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı
Yarım milyonluq dövlət xidmətləri bir ünvanda birləşir
Texnologiya 15:44
Yarım milyonluq dövlət xidmətləri bir ünvanda birləşir
Sürücülük hüququ olmadan idarə edilən avtomobil qəzalarında 66 nəfər ölüb
Texnologiya 13:23
Sürücülük hüququ olmadan idarə edilən avtomobil qəzalarında 66 nəfər ölüb
Müasir təhsil sistemində bilik ötürülmür, paylaşılır-UCL eksperti
Texnologiya 10:37
Müasir təhsil sistemində bilik ötürülmür, paylaşılır-UCL eksperti
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol