• $
  • £

İdman federasiyalarının nümayəndələri balıq ovu festivalında yarışıblar

İdman federasiyalarının nümayəndələri balıq ovu festivalında yarışıblar
17.07.2026 14:21

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində idman federasiyalarının nümayəndələri arasında balıq ovu festivalı baş tutub.

Federasiyadan bildirilib ki, tədbirdə 20 idman federasiyasının nümayəndələri iştirak edərək balıq ovu üzrə bacarıqlarını nümayiş etdiriblər. Yarış iştirakçıları müəyyən olunmuş vaxt ərzində daha çox və ölçüsü daha uzun olan balıq tutmaq uğrunda mübarizə aparıblar.

Yarışın yekununda kişilər arasında Azər Məhərrəmov (Azərbaycan Bodibildinq və Fitnes Federasiyası) bütün rəqiblərini qabaqlayıb. Vüsal Qurbanov (Azərbaycan Su İdman Növləri Federasiyası) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Cavad Cavadov (Gənclər və İdman Nazirliyi) isə 3-cü yerin sahibi olub.

Qadınlar arasında 1-ci yerə Şəfəq Kərimova (Azərbaycan Voleybol Federasiyası) layiq görülüb. Ədibə Əliyeva (Azəridmanservis) 2-ci, Samirə Ağayeva (Azərbaycan Boks Federasiyası) isə 3-cü yer tutub. Qaliblər Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Festival iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və idman ictimaiyyətinin nümayəndələri arasında ünsiyyətin genişlənməsinə, dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyası bundan sonra da idmanın və sağlam həyat tərzinin təşviqinə xidmət edən bu cür tədbirlərin keçirilməsini davam etdirəcək

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib
İdman 09:27
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib
Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib
İdman 15:34
Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib
Maradonanın ölümündən əvvəl dediyi son sözlər açıqlanıb
İdman 09:15
Maradonanın ölümündən əvvəl dediyi son sözlər açıqlanıb
Çimərlik voleybolu üzrə ölkə çempionatında finalçılar müəyyənləşib
İdman 21:52
Çimərlik voleybolu üzrə ölkə çempionatında finalçılar müəyyənləşib
Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
İdman 18:24
Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
Elvin Yunuszadə Türkiyənin "Boluspor" klubu ilə müqavilə imzalayıb
İdman 16:38
Elvin Yunuszadə Türkiyənin "Boluspor" klubu ilə müqavilə imzalayıb
Qəbələ Musiqi Festivalında ilk dəfə Azərbaycan və dünya kinofilmlərinin musiqiləri səsləndirilib
İdman 18:00
Qəbələ Musiqi Festivalında ilk dəfə Azərbaycan və dünya kinofilmlərinin musiqiləri səsləndirilib
Turan Quliyev Bakıda təşkil olunan dünya çempionatında ilk görüşündə məğlub olub
İdman 20:00
Turan Quliyev Bakıda təşkil olunan dünya çempionatında ilk görüşündə məğlub olub
Əliyar Ağayev UEFA-dan təyinat alıb
İdman 18:03
Əliyar Ağayev UEFA-dan təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol