• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

“Bakı-Tiflis-Qars və TANAP XXI əsrin ən böyük layihələri olacaq”

“Bakı-Tiflis-Qars və TANAP XXI əsrin ən böyük layihələri olacaq”
29.11.2013 20:31
“Azərbaycan prezidentin Türkiyəyə ikigünlük rəsmi səfəri uğurlu oldu və iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bir daha sübut etdi”.APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin nəticələrini şərh edərkən deyib. Səfir xatırladıb ki, İlham Əliyev üçüncü dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini məhz Türkiyəyə edib və bu, artıq ənənəyə çevrilib. Səfərin ikitərəfli əlaqələrə necə təsir edəcəyi barədə danışan diplomat deyib ki, səfər çərçivəsində keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası zamanı müxtəlif sahələri əhatə edən 7 sənəd imzalanıb: “Bu sənədlər biz növ yol xəritəsi oldu və biz yaxın gələcəkdə bu yolla irəli gedəcəyik. Ticarət dövriyyəsinin həcmini 2023-cü ilinə qədər 15 milyard dollara çatdırmağa çalışacağıq. Eyni zamanda müdafiə sənayesində nələri edə biləcəyimiz nəzərdən keçirilib. Bildiyiniz kimi, səfər zamanı TAİ şirkəti ziyarət olunub, orada türk mühəndisləri tərəfindən hazırlanan “Atak” helikopterinə və pilotsuz uçuş aparatlarına baxış keçirilib. Bütün bunlar hərbi sahədə ikitərəfli əlaqələrdə yeni imkanların dəyərləndirilməsinə imkan yaradır. Ümumiyyətlə, bu səfər bizim aramızda həqiqətən qardaş əlaqələrin olduğunu göstərib”. Gələcək layihələr barədə danışan İsmayıl Alper Coşkun deyib ki, əgər reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri XX əsrin ən böyük layihəsi idisə, Bakı-Tiflis-Qars və TANAP layihələri XXI əsrin ən böyük layihələri olacaq: “Eyni zamanda Naxçıvana dəmir yol, qaz kəmərinin çəkilməsi kimi layihələr dəyərləndirilib”. Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bildirib ki, Türkiyə bu problemin tez bir zamanda beynəlxalq normalar çərçivəsində həllinə kömək etməyə davam edəcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycan benzininin idxalı Ermənistanda yanacaq qiymətlərini aşağı salıb
Siyasət 15:53
Paşinyan: Azərbaycan benzininin idxalı Ermənistanda yanacaq qiymətlərini aşağı salıb
Zəngəzur dəhlizi 2030-cu ilə açıla bilər - nazir
İqtisadiyyat 15:26
Zəngəzur dəhlizi 2030-cu ilə açıla bilər - nazir
ABB-dən “İndi al, sonra ödə!” xidməti
İqtisadiyyat 14:52
ABB-dən “İndi al, sonra ödə!” xidməti
Unibankın aktivləri 2 milyard manatı keçib
İqtisadiyyat 13:35
Unibankın aktivləri 2 milyard manatı keçib
Yelo Bank-dan sahibkarlar üçün yeni imkan: Qızıl təminatlı mikro kredit
İqtisadiyyat 10:26
Yelo Bank-dan sahibkarlar üçün yeni imkan: Qızıl təminatlı mikro kredit
Bitcoin ucuzlaşıb
İqtisadiyyat 10:18
Bitcoin ucuzlaşıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:45
Qızıl və gümüş bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - Məzənnə
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
İqtisadiyyat 16:20
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol