Gürcüstanın mədəniyyət naziri istefa verib
Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze istefa verib.Bu barədə ölkənin Mədəniyyət Nazirliyinin məlumatında bildirilib.
İstefanın səbəbi kimi sağlamlıq vəziyyəti göstərilib.
"Baş nazirlə məsləhətləşdikdən sonra mədəniyyət naziri postundan istefa vermək qərarına gəldim. Sağlamlıq vəziyyətimlə əlaqədar mənə təcili müalicə kursu lazım olacaq ki, bu da vəzifələrimi lazımi şəkildə icra etməyimə imkan verməyəcək", – məlumatda qeyd edilib.