• $
  • €
  • ₽
  • ₺
  • £

Boş iPhone qutularını lombarda verib 14 minə yaxın pul götürənlər azadlığa çıxıb

Boş iPhone qutularını lombarda verib 14 minə yaxın pul götürənlər azadlığa çıxıb
04.08.2026 12:34

Bakıda boş "iPhone" qutularını girov qoyaraq lombard sahibini aldatmaqda təqsirləndirilən şəxslərlə bağlı məhkəmə qərarı açıqlanıb. Bu barədə Tiraj.az saytı yazıb. 

İstintaq materiallarına görə, hadisə 2025-ci ildə Bakının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən lombardlardan birində baş verib.

Müəyyən edilib ki, Bəhruz İbrahimov və digər təqsirləndirilən şəxs əvvəlcədən əlbir olaraq müxtəlif vaxtlarda lombarda "iPhone 14 Pro", "iPhone 15 Pro" və "iPhone 16 Pro" markalı telefonların qutularını girov qoyublar. Qutular açılmamış və orijinal qablaşdırmada olsa da, onların içərisində mobil telefon əvəzinə istifadəyə yararsız batareyalar, aksessuarlar və dəmir qırıntıları olub.

Onlar lombard sahibini qutularda yeni telefonların olduğuna inandıraraq, bir ay ərzində onları geri alacaqlarını və götürdükləri pulu faizlə qaytaracaqlarını bildiriblər. Bu yolla müxtəlif vaxtlarda 500 manatdan 2 200 manatadək vəsait əldə edərək zərərçəkmişə ümumilikdə 13 min 600 manat maddi ziyan vurublar.

Məhkəmə zamanı hər iki təqsirləndirilən şəxs ittihamı qəbul edib. Onlar zərəri tam ödədiklərini, zərərçəkmişlə barışdıqlarını və sonuncunun onlardan şikayətçi olmadığını bildiriblər.

İş materiallarına əsasən, təqsirləndirilən şəxslərdən biri cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi həcmində – 750 manat məbləğində ödənişi dövlət büdcəsinə köçürüb. Digər şəxsin isə himayəsində iki azyaşlı övladının olması nəzərə alınıb.

Məhkəmə onların qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etdiyini təsdiqləsə də, ziyanın tam ödənilməsi, zərərçəkmişlə barışıq əldə olunması və qanunvericilikdə nəzərdə tutulan əsaslara görə cinayət təqibinə xitam verib.

Qərara əsasən, təqsirləndirilən şəxslərdən biri Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib. Digər şəxs barəsində isə "Konstitusiya və Suverenlik İli" münasibətilə qəbul olunmuş amnistiya aktı tətbiq edilərək cinayət təqibinə xitam verilib.

Məhkəmənin qərarı ilə həbsdə olan şəxs məhkəmə zalından dərhal azadlığa buraxılıb, digər təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri də ləğv edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - yenilənib
Cəmiyyət 23:59
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - yenilənib
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:29
Sabah bu ərazilərdə işıq olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:07
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Cəmiyyət 20:25
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:00
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Cəmiyyət 16:32
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Cəmiyyət 15:46
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Cəmiyyət 15:40
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Cəmiyyət 15:28
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol