• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ, İran və Oman Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşmaya yaxındır

ABŞ, İran və Oman Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşmaya yaxındır
05.08.2026 11:05

ABŞ, İran və Oman Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşmanın imzalanmasına yaxındır. Bu barədə Axios portalı məlumat yayıb.

Məlumata görə, Vaşinqton razılaşmanı çərşənbə günü rəsmi şəkildə elan etməyi planlaşdırır.

Bildirilir ki, saziş ABŞ və İran arasında atəşkəsin bərpasını və nüvə proqramı üzrə danışıqların davam etdirilməsini nəzərdə tutur. ABŞ Prezidenti Donald Tramp diplomatik səylərə imkan yaratmaq məqsədilə genişmiqyaslı hərbi əməliyyatları dayandırsa da, razılıq əldə olunmayacağı təqdirdə yenidən zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib.

Axios-un məlumatına əsasən, müzakirə olunan sənəd Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında 60 günlük müvəqqəti razılaşmanı əhatə edir. Regional mənbələrin bildirdiyinə görə, bu müddətdə Fars körfəzinə daxil olan gəmilər İran sularından keçən şimal marşrutu ilə, əks istiqamətdə hərəkət edən gəmilər isə Oman sularından keçən cənub marşrutu ilə üzəcək.

Razılaşma çərçivəsində boğazdan keçən gəmilərdən hər hansı rüsum və ya əlavə ödəniş alınmayacaq. Bundan başqa, tərəflərin Hörmüz boğazının orta hissəsinin 30 gün ərzində dəniz minalarından təmizlənməsi istiqamətində birgə fəaliyyət göstərməsi planlaşdırılır.

Bununla yanaşı, Ağ Ev və vasitəçilər razılaşmanın yekunlaşmasına ehtiyatla yanaşırlar. Belə ki, bir neçə həftə əvvəl İranın yeni hücumları səbəbindən oxşar razılaşma baş tutmamışdı.

Məlumata görə, son günlər ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, İranın xarici işlər naziri Abbas Əraqçi və Omanın xarici işlər naziri Bədr əl-Busəidi arasında intensiv danışıqlar aparılıb. İran rəhbərliyinin isə çərşənbə axşamı razılaşmanın təsdiqlənməsi prosesini başa çatdırdığı bildirilir.

Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzini birləşdirən və dünya neft ticarətinin təxminən beşdə birinin həyata keçirildiyi strateji dəniz yoludur. ABŞ ilə İran arasında gərginliyin artması fonunda boğazda gəmiçiliyin təhlükəsizliyi beynəlxalq ictimaiyyətin əsas narahatlıqlarından birinə çevrilib. Oman uzun illərdir Vaşinqton və Tehran arasında vasitəçi rolunu oynayır və tərəflər arasında dolayı danışıqlara ev sahibliyi edir. ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar son illərdə dəfələrlə dayanıb və yenidən bərpa olunub.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Moskva hava limanlarında 250-yə yaxın uçuş təxirə salınıb
Dünya 23:14
Moskva hava limanlarında 250-yə yaxın uçuş təxirə salınıb
Maduroya qarşı yeni ittihamlar irəli sürülüb
Dünya 20:46
Maduroya qarşı yeni ittihamlar irəli sürülüb
2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatının laureatı açıqlanıb
Dünya 15:45
2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatının laureatı açıqlanıb
Ukraynada təxminən 11 min mülki şəxs itkin düşmüş şəxslər reyestrinə daxil edilib-Lubinets
Dünya 12:22
Ukraynada təxminən 11 min mülki şəxs itkin düşmüş şəxslər reyestrinə daxil edilib-Lubinets
Ukrayna 77 əsir mübadiləsi çərçivəsində 9 726 şəxsi geri qaytarıb
Dünya 12:19
Ukrayna 77 əsir mübadiləsi çərçivəsində 9 726 şəxsi geri qaytarıb
Ukraynada 113 minə yaxın şəxs itkin düşmüş kimi qeydiyyata alınıb
Dünya 12:17
Ukraynada 113 minə yaxın şəxs itkin düşmüş kimi qeydiyyata alınıb
İranda polis idarəsinə silahlıl hücum olub, ölən və yaralananlar var
Dünya 23:28
İranda polis idarəsinə silahlıl hücum olub, ölən və yaralananlar var
İran səfiri Fransa XİN-ə çağırılıb
Dünya 21:20
İran səfiri Fransa XİN-ə çağırılıb
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
Dünya 20:01
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol