Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır
Azərbaycanda 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimi mərhələsi bu gün başa çatır. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) xəbər verir.
Abituriyentlər və subbakalavrlar seçdikləri ixtisas kodlarını bu gün saat 23:59-dək elektron ərizələrinə daxil edərək təsdiqləməlidirlər.
Avqustun 19-u saat 09:45-ə olan məlumata əsasən, 81 255 nəfər ərizəsini təsdiq edib.
DİM xatırladır ki, müsabiqədə yalnız təsdiq olunmuş ərizələr iştirak edə bilər. Namizədlər 10 ali məktəbdə, DİM-in regional bölmələrində və 50-dən çox rayon təhsil sektorunda fəaliyyət göstərən ödənişsiz "Abituriyent" məsləhət mərkəzlərindən texniki və metodiki dəstək ala bilərlər.
N.Təbrizli
Son xəbərlər
Daha çox