• $
  • €
  • ₽
  • ₺
  • £

Qatar biletində ata adınızı yazmasanız, 5 manat ödəyəcəksiniz

Qatar biletində ata adınızı yazmasanız, 5 manat ödəyəcəksiniz
24.08.2026 16:35

Azərbaycan Dəmir Yolları (ADY) qatar biletlərində sərnişinin ata adının qeyd edilməməsi səbəbindən bileti etibarsız hesab edə və məlumatların düzəldilməsi üçün 5 manat ödəniş tələb edə bilər. Bunu  ADY  anews.az-ın sorğusuna cavabında bildirib.

Məsələ Bakı-Qazax qatarının sərnişini Anar Vəliyevin üzləşdiyi hadisədən sonra gündəmə gəlib.

Vəliyev sosial şəbəkədə bildirib ki, biletdə adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi və digər məlumatları olduğu halda ata adının göstərilməməsi səbəbindən qatarda ondan əlavə 5 manat tələb edilib.


Sərnişin ödənişi etdiyini, ilkin olaraq isə ona qəbz təqdim edilmədiyini bildirib. Daha sonra 5 manatlıq ödənişə dair çek Vəliyevə təqdim olunub.


ADY anews.az-a bildirib ki, qatar biletində sərnişinin soyadı, adı və ata adı şəxsiyyəti təsdiq edən sənəddə olduğu kimi tam və düzgün göstərilməlidir.


“Bu tələb sərnişinin dəqiq identifikasiyası, biletlərin sistemdə düzgün yoxlanılması və nəqliyyat təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Məlumatlarda iki hərfdən artıq fərq olduqda və ya ata adı qeyd edilmədikdə bilet etibarsız hesab olunur”, - ADY-nin cavabında deyilir.

Şirkət bildirib ki, sərnişinin səfərdən qalmaması üçün qatar heyəti biletdəki məlumatların düzəldilməsi imkanını təqdim edir və bunun üçün 5 manat ödəniş edilir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə hesab edir ki, problem yalnız sərnişinin üzərinə qoyulmamalı, bilet satış sisteminin özündə belə halların qarşısını alan mexanizm yaradılmalıdır.

Onun sözlərinə görə, Biletim.az platformasında avtobus bileti alınarkən şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kodu daxil edildikdən sonra vətəndaşın əsas məlumatları avtomatik formalaşır. “Yolumuz Qarabağa” xidməti də mygov platformasına inteqrasiya olunub.


Ekspertin fikrincə, əgər ata adı sərnişinin identifikasiyası üçün məcburi məlumatdırsa, ADY-nin sistemində FİN kodu daxil edilən kimi bu məlumat avtomatik formalaşdırılmalıdır.
“Əgər texniki olaraq bu mümkün deyilsə, sistem ata adı qeyd edilmədən bilet satışını tamamlamağa imkan verməməlidir”, - Ağamirzəyev bildirib.


Onun sözlərinə görə, mövcud vəziyyətdə sistem sərnişinə natamam məlumatlarla bilet almağa imkan verir, daha sonra isə qatarda həmin çatışmazlığa görə əlavə ödəniş tələb olunur.
“Bu, sərnişinin səhvidirmi, yoxsa sistemin yaratdığı problemdir?” - ekspert sual edib.


Ağamirzəyev hesab edir ki, rəqəmsallaşmanın məqsədi məlumatların təkrar daxil edilməsini azaltmaq və insan amilindən qaynaqlanan səhvlərin qarşısını almaq olmalıdır. Onun fikrincə, nəqliyyat xidmətlərinin dövlətin vahid rəqəmsal sistemlərinə inteqrasiyası belə halların qarşısını ala bilər.

“Sistem sərnişini səhvdən qorumalıdır, səhvə şərait yaradıb sonradan buna görə əlavə ödəniş tələb etməməlidir”, - ekspert bildirib.

ADY isə qaydanın və tətbiq edilən ödənişin şirkətin rəsmi tarif və ödəniş şərtlərində göstərildiyini bildirib.

ADY-nin bilet satışı sisteminin “myGov” platformasına inteqrasiyasıyasına cavab olaraq bildirib ki, bilet alışı prosesinin daha da asanlaşdırılması məqsədilə bu dəyişikliyin həyata keçirilməsi nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Cəmiyyət 17:42
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Cəmiyyət 17:12
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Cəmiyyət 16:44
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Cəmiyyət 16:32
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Cəmiyyət 16:04
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol