• $
  • £

Əliyev “Sabah”ı Çempionlar Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib

Əliyev “Sabah”ı Çempionlar Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib
26.08.2026 10:58

 

Prezident İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. Prezident bu barədə “X” hesabında paylaşım edib.

“Sabah” avqustun 25-də Bakıda İsrailin “Hapoel Beer-Şeva” klubunu əlavə vaxtda 5:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Bu, Azərbaycanın turnirin əsas mərhələsində mübarizə aparacaq ikinci klubu olub.

İlham Əliyev paylaşımında klubun qısa müddət ərzində belə böyük nailiyyət əldə etməsinin sevinc və qürur doğurduğunu bildirib.

“Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir”, - Prezident qeyd edib.

O, “Sabah”a qarşıdakı matçlarda yeni qələbələr və uğurlar arzulayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
İdman 21:48
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
"Sabah" "Mançester Yunayted"ə məğlub olub - Yenilənib
İdman 00:53
"Sabah" "Mançester Yunayted"ə məğlub olub - Yenilənib
Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb
İdman 18:09
Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb
"Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
İdman 09:13
"Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək
İdman 19:23
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək
“Sabah”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb
İdman 15:15
“Sabah”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb
Avropa Liqasında da püşkatmanın nəticələri məlum oldu
İdman 23:57
Avropa Liqasında da püşkatmanın nəticələri məlum oldu
“Qarabağ” növbəti transferlərini açıqlayıb
İdman 22:56
“Qarabağ” növbəti transferlərini açıqlayıb
Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri müəyyənləşib
İdman 21:14
Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol