• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Tələbə Krediti Fondu təhsili ödənişli olanlaramüraciət etdi

Təhsil Tələbə Krediti Fondu təhsili ödənişli olanlaramüraciət etdi
27.08.2026 12:07

2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə eləcə də orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunanlar təhsil tələbə kreditindən yararlana bilərlər. Bu barədə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, 28 avqust tarixindən etibarən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər ilk olaraq razılıq ərizəsi əldə etməli, daha sonra təhsil tələbə kreditindən yararlanmaq üçün e-ttkf.edu.az portalına müraciət edə bilərlər. Razılıq ərizəsini notariat ofislərindən, "ASAN xidmət" mərkəzlərindən, "Mobil notariat" və ya "mygov" tətbiqindən əldə etmək mümkündür.

Qeyd olunub ki, təhsil tələbə kreditinə müraciət edən şəxslərə operativ dəstək göstərmək məqsədilə həftənin iş günləri saat 09:00-dan 18:00-dək Fondun ofisində yardım masası fəaliyyət göstərir (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34, AF Mall, 18-ci mərtəbə). Fondun Çağrı Mərkəzi, WhatsApp və birbaşa əlaqə nömrələri vasitəsilə müraciətlər operativ şəkildə cavablandırılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Cəmiyyət 17:42
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Cəmiyyət 17:12
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Cəmiyyət 16:44
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Cəmiyyət 16:32
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Cəmiyyət 16:04
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Cəmiyyət 15:50
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol