• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə minib

Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə minib
27.08.2026 15:45

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Balıqçılıq haqqında" qanunu təsdiqləyib. Sənəd Azərbaycanda balıqçılığın, o cümlədən balıq və digər su bioresurslarının ovunun və akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.

Balıqçılıq haqqında qanunvericilik həmçinin Konstitusiyadan, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Su Məcəlləsindən, "Qida təhlükəsizliyi haqqında", "Heyvanlar aləmi haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Baytarlıq haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanunlardan və digər normativ hüquqi aktlardan ibarətdir.

Balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi ilə əlaqədar yaranan su, torpaq, əmlak, ətraf mühitin mühafizəsi, balıq məhsulunun minimum keyfiyyətinin və təhlükəsizliyinin idarə olunması və digər münasibətlər bu Qanunun tələbləri nəzərə alınmaqla müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi bu Qanunla, habelə su qanunvericiliyi, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və digər beynəlxalq hüquq normaları ilə tənzimlənir.

Sərhəd su obyektlərində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi su və dövlət sərhədi haqqında normativ hüquqi aktlar, habelə ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla bu Qanunla tənzimlənir.

Ələt azad iqtisadi zonasında balıqçılıq sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənir.

Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Qanun qüvvəyə mindiyi gündən "Balıqçılıq haqqında" 27 mart 1998-ci il tarixli qanun ləğv edilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Cəmiyyət 17:42
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Cəmiyyət 17:12
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Cəmiyyət 16:44
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Cəmiyyət 16:32
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Cəmiyyət 16:04
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Cəmiyyət 15:50
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol