• $
  • €
  • ₽
  • ₺
  • £

2026-cı ilin son tutulma hadisəsi avqustun 28-də baş verəcək

2026-cı ilin son tutulma hadisəsi avqustun 28-də baş verəcək
27.08.2026 17:32

2026-cı ilin son tutulma hadisəsi avqustun 28-də baş verəcək və qismən Ay tutulması olacaq. Azərbaycanda tutulmanın yalnız başlanğıc mərhələsini müşahidə etmək mümkün olacaq. Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Tutulma saat 05:23-də başlayacaq və 11:01-də başa çatacaq. Hadisə Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanlarında müşahidə olunacaq.

Azərbaycanda saat 05:35-də artıq mülki alaqaranlıq başlayacaq. Ay həmin vaxt üfüqdən yuxarıda olsa da, tutulmanın başlamasından cəmi 12 dəqiqə sonra havanın işıqlanması müşahidəni çətinləşdirəcək. Bu müddət tutulmanın yarımkölgəli fazasına təsadüf edəcək.

Yarımkölgəli Ay tutulması adi gözlə çətin müşahidə olunur və Ayın işığının cüzi azalması ilə özünü göstərir.

Qismən Ay tutulması Yerin kölgəsinin Ayı tam örtmaması zamanı baş verir. Ay tutulması yalnız tam Ay fazasında mümkündür. Ayın orbit müstəvisi Yerin orbit müstəvisinə təxminən 5 dərəcə bucaq altında yerləşdiyindən belə tutulmalar hər ay baş vermir.

2026-cı ildə bundan əvvəl iki Günəş və bir Ay tutulması baş verib. Rəsədxananın məlumatına görə, onların heç biri Azərbaycan ərazisindən müşahidə olunmayıb.

2027-ci ildə isə iki Günəş və üç Ay tutulması olmaqla, ümumilikdə beş tutulma hadisəsi baş verəcək. Onlardan fevralın 21-dəki yarımkölgəli Ay tutulması və avqustun 2-dəki tam Günəş tutulması Azərbaycandan müşahidə ediləcək. Avqustun 2-dəki Günəş tutulması Azərbaycan ərazisindən qismən Günəş tutulması kimi görünəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Cəmiyyət 17:42
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Cəmiyyət 17:12
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Cəmiyyət 16:44
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Cəmiyyət 16:32
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Cəmiyyət 16:04
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol