Nigar Fərhad sərbəst buraxılıb
Çoxsaylı şikayətlər əsasında saxlanılan “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb.
İstintaq orqanı hələlik onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb etməyib.
Nigar Fərhad bir neçə saat izahat verdikdən sonra sərbəst buraxılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət təqibi aparılır.
Hazırda Nigar Fərhad istintaq nəzarəti altında sərbəstdir. Ona vətəndaşlara dəymiş ziyanın ödənilməsi tapşırılıb.
Araşdırma davam etdirilir.