• $
  • £

Sentyabrda Azərbaycanda hava necə olacaq? - proqnoz açıqlanıb

Sentyabrda Azərbaycanda hava necə olacaq? - proqnoz açıqlanıb
31.08.2026 11:24

Sentyabr yay və payız fəsilləri arasında keçid ayı kimi xarakterizə olunur. Bu səbəbdən də ay ərzində həm isti, həm də soyuq dövr üçün xarakterik olan sinoptik proseslər müşahidə olunur. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bu ilin sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk günlərində əsasən dağlıq və dağətəyi rayonlarda arabir qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 21-23°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr temperatur 19-24°C, gündüzlər 26-31°C, birinci ongünlüyün bəzi günlərində 33-35°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 12-23 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 22-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2°C yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C isti, gündüzlər 26-31°C, birinci ongünlüyün bəzi günlərində 34-39°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 7-13 mm) gözlənilir.

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 16-19°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 12-17°C, gündüzlər 19-24°C, birinci ongünlüyün bəzi günlərində 26-30°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-50 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 17-20°C isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 12-17°C, gündüzlər 19-24°C, birinci ongünlüyün bəzi günlərində 26-30°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-37 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 21-24°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3°C yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 25-30°C, birinci ongünlüyün bəzi günlərində 33-35°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 17-44 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 19-23°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın 1-3°C yüksəkdir. Gecələr havanın temperaturu 14-19°C, gündüzlər 22-27°C, birinci ongünlüyün bəzi günlərində 30-33°C isti, dağlarda gecələr 9-14°C isti, gündüzlər 16-19°C isti, birinci ongünlüyün bəzi günlərində 22-25°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-120 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 22-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2°C yüksəkdir. Gecələr havanın temperaturu 18-23°C, gündüzlər 24-29°C, birinci ongünlüyün bəzi günlərində 31-35°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-38 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 19-23°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2°C yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 24-29°C, birinci ongünlüyün bəzi günlərində 33°C-dək isti, dağlarda gecələr 13-18°C isti, gündüzlər 20-25°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 50-199 mm).

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Cəmiyyət 21:44
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Cəmiyyət 19:40
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Cəmiyyət 16:14
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:32
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:29
Sabah 33 dərəcə isti olacaq
"Ulduz" metrostansiyasının qarşısındakı yola asfalt çəkilir
Cəmiyyət 11:02
"Ulduz" metrostansiyasının qarşısındakı yola asfalt çəkilir
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Cəmiyyət 11:00
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol