• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 5 müntəzəm marşrut "brutto müqavilə" sisteminə qoşulub

Bakıda 5 müntəzəm marşrut "brutto müqavilə" sisteminə qoşulub
02.09.2026 16:31

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası"nın tətbiqinə başlanılıb.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

İlk olaraq 130, 205, 211, 500 və 503 nömrəli müntəzəm marşrutlar "brutto müqavilə" sisteminə qoşulub. Tələblərə uyğun olaraq digər marşrutlar da tezliklə bu sistemə qoşulacaq.

Bildirilib ki, yeni "brutto müqavilə" modelinə əsasən, artıq daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdirilir. Daşıyıcı isə bu tələblərə uyğun göstərdiyi xidmətə görə ödəniş alır. Beləliklə, sərnişin sayının az olduğu saatlarda, o cümlədən axşam saatlarında da avtobusların sərnişənlərə xidmət göstərməsi və qrafikə riayət etməsi təmin olunacaq.

Qeyd edilib ki, bu model sərnişinlər üçün daha müntəzəm, etibarlı və proqnozlaşdırılan ictimai nəqliyyat xidməti formalaşdırmağa imkan verəcək. Eyni zamanda, daşıyıcıların yalnız gəlirli marşrutlara üstünlük verməsinin qarşısı alınacaq və şəhərətrafı azrentabelli marşrutlarda da xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaranacaq.

Dünyanın bir çox ölkəsində sərnişinlərə yüksək səviyyədə və keyfiyyətli xidmət göstərilməsi məqsədilə "brutto müqavilə" modelindən geniş istifadə olunur. Artıq ölkəmizdə bu mütərəqqi modelin uğurlu tətbiqinə başlanılır.

Məlumata əsasən, yeni model daşıyıcıların fəaliyyətinə daha sistemli nəzarət imkanları da yaradır. Müəyyən edilmiş keyfiyyət tələblərinin pozulması halında müqavilə çərçivəsində maliyyə və digər təsir mexanizmləri tətbiq ediləcək. Yaradılmış xüsusi proqram təminatı vasitəsi ilə daşıyıcıların göstərdikləri xidmətin keyfiyyətinin ölçülməsi və xidmətin təşkilinə nəzarət təmin ediləcək.

"Brutto müqavilə" modeli, həmçinin daşıyıcıların maliyyə dayanıqlığını və uzunmüddətli planlaşdırma imkanlarını artıracaq. Bu isə avtobus parkının yenilənməsinə, müasir və ekoloji təmiz nəqliyyat vasitələrinin alınmasına, texniki xidmətin yaxşılaşdırılmasına və xidmət keyfiyyətinə daha çox investisiya yatırılmasına imkan verəcək

Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Cəmiyyət 17:42
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Cəmiyyət 17:12
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Cəmiyyət 16:44
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Cəmiyyət 16:32
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Cəmiyyət 16:04
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Cəmiyyət 15:50
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol