• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı məktəblərində neçə məzuna qızıl nişan verilib?

Bakı məktəblərində neçə məzuna qızıl nişan verilib?
02.09.2026 17:21

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 29-u gümüş nişana layiq görülüb. Bu barədə BŞTİ məlumat yayıb.


Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, paytaxt üzrə 5, 63, 88, 113, 182, 226, 270 və 272 nömrəli tam orta məktəblərin, 6 və 70 nömrəli məktəb-liseylərin, Kimya və biologiya təmayüllü respublika liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Bakı Avropa liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Humanitar fənlər təmayüllü lisey, Texniki-humanitar liseyi və G.Əsgərova adına məktəb-lisey kompleksinin məzunları qızıl nişanla təltif ediliblər.
“Həmçinin 17, 26, 157, 189-190, 281 nömrəli tam orta ümumtəhsil məktəblərinin, 20, 220 və 264 nömrəli məktəb-liseylərin, 2 nömrəli texniki-humanitar liseyi, 291 nömrəli ekologiya liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya və biologiya təmayüllü respublika liseyi, Texniki-humanitar lisey, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi, G.Əsgərova adına məktəb-lisey kompleksi və Elitar gimnaziyanın məzunları isə gümüş nişana layiq görülüblər.


Qeyd edək ki, qızıl və gümüş nişana layiq görülmüş məzunlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası"na əsasən müəyyənləşdirilir”, - məlumatda deyilir

Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Cəmiyyət 17:42
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Cəmiyyət 17:12
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Cəmiyyət 16:44
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Cəmiyyət 16:32
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Cəmiyyət 16:04
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Cəmiyyət 15:50
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol