Bakı Limanının ticarət dövriyyəsinin 90%-dən çoxu Qazaxıstan və Türkmənistanla həyata keçirilir
Bakı Limanının ticarət dövriyyəsinin 90%-dən çoxu Qazaxıstan və Türkmənistan limanlarının payına düşür.Bunu AQEM (CICA) çərçivəsində keçirilən liman rəhbərlərinin konfransında Bakı Limanı direktorunun məsləhətçisi Xudayar Həsənli bildirib.
O qeyd edib ki, Şərq-Qərb dəhlizində Qazaxıstan Dəmir Yolları və “Azərbaycan Dəmir Yolları” mühüm rol oynayır.
Həsənlinin sözlərinə görə, dəhlizin qərb istiqamətində Gürcüstan, şərq istiqamətində isə Türkmənistan və Xəzər dənizi yerləşir.
Aytac Zeynalova