• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: qanunlara baxmayaraq, erkən nikahların qarşısını tam ala bilmirik

Deputat: qanunlara baxmayaraq, erkən nikahların qarşısını tam ala bilmirik
11.09.2026 15:58

Azərbaycanda erkən və qohum nikahlarının, eləcə də məişət zorakılığının qarşısının alınması üçün qanunvericilik mövcud olsa da, belə hallar hələ də baş verir. Bunu deputat Tamam Cəfərova bildirib.

“Bu sahədə xeyli uğurlarımız var, amma təəssüf ki, hadisələrin qarşısını tam ala bilmirik. Mətbuatdan vaxtaşırı 16-17 yaşlı qızların nişan və toy mərasimlərinin icra hakimiyyəti və polisin müdaxiləsi ilə dayandırıldığını görürük”, - Cəfərova deyib.

Onun sözlərinə görə, bəzi valideynlər qanunun tələblərini bilsələr də, erkən nikahları dolayısı yollarla təşkil etməyə çalışırlar.

Deputat regionlarda valideynlərin, müəllimlərin, ağsaqqalların və din xadimlərinin iştirakı ilə maarifləndirmə tədbirlərinin keçirilməsini təklif edib.

“Universitet tələbələri gələcəyin valideynləridir. Onların qadın və uşaq hüquqları, eləcə də məişət zorakılığı barədə indidən maarifləndirilməsi qabaqlayıcı tədbir kimi faydalı ola bilər”, - o bildirib.

Cəfərova maarifləndirmə tədbirlərinin hərbi hissələrdə də keçirilməsini mümkün sayıb və Türkiyədə əsgərlər üçün məişət zorakılığı mövzusunda təlimlərin təşkil olunduğunu nümunə göstərib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
Cəmiyyət 22:46
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
Cəmiyyət 21:50
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
Sabah Culfanın 13 kəndində işıq olmayacaq
Cəmiyyət 17:46
Sabah Culfanın 13 kəndində işıq olmayacaq
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
Cəmiyyət 15:48
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:27
Sabahın hava proqnozu
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb
Cəmiyyət 12:00
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Cəmiyyət 10:36
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Cəmiyyət 08:50
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Cəmiyyət 18:03
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol