• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçdə parlament seçkiləri keçirilir

İsveçdə parlament seçkiləri keçirilir
13.09.2026 11:59

İsveçdə parlament seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

Yerli KİV-lin məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 10:00) açılıb. İlkin nəticələrin səsvermə başa çatdıqdan sonra saat 21:00-da (Bakı vaxtı ilə 23:00) açıqlanacağı gözlənilir.

Seçkilərdə 349 yerlik birpalatalı Riksdaqın deputatları, həmçinin yerli və regional özünüidarəetmə orqanlarına nümayəndələr seçilir.

Baş nazir Ulf Kristerssonun rəhbərlik etdiyi Mülayimlər Partiyası hakimiyyəti qorumağa çalışır. Kristersson ikinci müddətə namizədliyini irəli sürüb.

İsveçdə son rəy sorğuları seçkilərin müxalifətin başçılıq etdiyi mərkəz-sol blokla hakim sağ mərkəzçi blok arasında gərgin mübarizə şəraitində keçəcəyini göstərir.

“Demoskop” analitik agentliyinin avqustun 25-dən sentyabrın 1-dək keçirdiyi sorğuda Sosial-Demokrat İşçi Partiyası, Sol Partiya, Mərkəz Partiyası və Yaşıllar Partiyasının daxil olduğu müxalifət blokunu respondentlərin 50,6 faizi dəstəkləyib. Mülayimlər Partiyası, Liberallar və Xristian Demokratlardan ibarət hakim koalisiyanı isə respondentlərin 47,3 faizi dəstəkləyib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Türkiyəyə səfər edib
Dünya 16:48
Zelenski Türkiyəyə səfər edib
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
Dünya 12:00
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
Türkiyədə narkotik əməliyyatı keçirilib, 20 nəfər saxlanılıb
Dünya 08:54
Türkiyədə narkotik əməliyyatı keçirilib, 20 nəfər saxlanılıb
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının ailə üzvlərinin bir hissəsini ölkədən çıxarır
Dünya 23:52
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının ailə üzvlərinin bir hissəsini ölkədən çıxarır
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro ayırıb
Dünya 23:25
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro ayırıb
Putin və Tramp arasında görüş planlaşdırılmır – Kreml
Dünya 22:35
Putin və Tramp arasında görüş planlaşdırılmır – Kreml
Parisdə komendant saatı yenidən tətbiq olunacaq
Dünya 22:20
Parisdə komendant saatı yenidən tətbiq olunacaq
Zelenski Rusiyanın 39 gəmisinə və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib
Dünya 14:50
Zelenski Rusiyanın 39 gəmisinə və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
Dünya 12:30
Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol