• $
  • €
  • ₽
  • ₺
  • £

Fərid Məmmədov: Süni intellekt insanlara daha çox dəyər yaratmaq imkanı verməlidir

Fərid Məmmədov: Süni intellekt insanlara daha çox dəyər yaratmaq imkanı verməlidir
17.09.2026 11:38

Süni intellekt və rəqəmsallaşma insanların rutin işlərdən azad olunaraq daha çox dəyər yaradan fəaliyyətlərə fokuslanmasına xidmət etməlidir. Bunu “PAŞA Maliyyə Holdinq”in baş icraçı direktoru Fərid Məmmədov “Baku ID 2026” innovasiya festivalında çıxışı zamanı deyib.

O bildirib ki, süni intellektə yalnız texnologiya təşəbbüsü kimi deyil, istedad və insan təşəbbüsü kimi yanaşmaq lazımdır.

“Texnologiya imkan yaradan bir vasitədir. İnsan üstəgəl texnologiya korporasiyalar üçün həqiqətən vacib və dəyərli bir şey yaradacaq”, - Məmmədov deyib.

Onun sözlərinə görə, süni intellektdən istifadə üç əsas istiqamətdə nəzərdən keçirilməlidir. Bunlardan birincisi daha bilikli təşkilata çevrilmək, ikincisi məhsuldarlığı artırmaq, üçüncüsü isə innovasiyanı təşviq etməkdir.

Məmmədov qeyd edib ki, bu gün biliyə çıxışın xərci demək olar ki, sıfıra yaxın olsa da, həmin bilikdən düzgün istifadə etmək, mühakimə yürütmək və qərar vermək üçün insan kapitalına və təlimə ciddi investisiya tələb olunur.

“Bu gün ‘ağıllı istedad’ adlandırdığımız şey gələcəkdə orta istedad göstəricisi olacaq. Lakin biz buna çatmaq üçün çox səy göstərməli və insanlara buna necə nail olacaqlarını öyrətməliyik”, - o vurğulayıb.

Şirkət rəhbəri bildirib ki, süni intellekt və rəqəmsallaşma insanların gündəlik rutin və baza dəyəri yaratmayan tapşırıqlardan azad olunmasına, yeni iş üsullarının tətbiqinə və daha yüksək dəyər yaradan fəaliyyətlərə yönəlməsinə imkan verir.

Onun sözlərinə görə, insanların daha bilikli və məhsuldar olması, rutin işlərdən azad edilməsi innovasiya imkanlarını da genişləndirir.

“Bu, həm proseslərdə artan innovasiyadır, həm də yeni biznes sahələrinin, yeni kanalların kəşf edilməsidir”, - Məmmədov deyib.

O əlavə edib ki, süni intellekt yalnız xərclərin azaldılması və optimallaşdırma vasitəsi kimi istifadə olunmamalı, innovasiyaya keçid üçün də imkan yaratmalıdır.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!

"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
İqtisadiyyat 12:00
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
Mikayıl Cabbarova müşavir təyin edilib
İqtisadiyyat 11:47
Mikayıl Cabbarova müşavir təyin edilib
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
İqtisadiyyat 10:42
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol