• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda fermerlərin maliyyələşməsi üçün yeni qiymətli kağız növü yaradılır

Azərbaycanda fermerlərin maliyyələşməsi üçün yeni qiymətli kağız növü yaradılır
18.09.2026 11:00

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının məhsul istehsalı və ilkin emalı üçün maliyyə cəlb etməsinə imkan verəcək “məhsul şəhadətnaməsi” adlı yeni qiymətli kağızın tətbiqi planlaşdırılır.


Milli Məclisə təqdim edilən qanun layihəsinə əsasən, məhsul şəhadətnaməsi borclunun elektron qaydada buraxdığı təminatlı qiymətli kağız olacaq. Sənəd borclunun müəyyən edilmiş tarixdə kənd təsərrüfatı məhsulunu və ya müvafiq pul məbləğini qiymətli kağızın sahibinə vermək öhdəliyini təsdiqləyəcək.


Yeni mexanizmin fermer və aqrar şirkətlərə gələcək məhsulu təminat kimi göstərməklə əvvəlcədən maliyyə cəlb etmək imkanı yaratması nəzərdə tutulur.


Məhsul şəhadətnaməsinin buraxılışı, dövlət qeydiyyatı və dövriyyəsi ayrıca qanun və digər normativ aktlarla tənzimlənəcək. Sənəd Mülki Məcəllədə istiqraz, səhm, veksel, girov kağızı və daşınmaz əmlak sertifikatı ilə yanaşı qiymətli kağız növü kimi tanınacaq.


Layihəyə görə, məhsul şəhadətnaməsi üzrə hüquqların ötürülməsi Mülki Məcəllə və hazırlanmaqda olan “Məhsul şəhadətnaməsi haqqında” qanuna uyğun həyata keçiriləcək.
Məhsul şəhadətnaməsi üzrə öhdəliyin yerinə yetirilməməsi halında sənədə edilən xüsusi qeyd icra sənədi sayılacaq və dərhal icraya yönəldiləcək.


Bununla bağlı Mülki Məcəlləyə və “İcra haqqında” qanuna dəyişikliklər təklif olunur. Məhsul şəhadətnaməsi Mərkəzi Bankın dövlət qeydiyyatına aldığı qiymətli kağızların reyestrindən istisna ediləcək və onun üçün ayrıca qeydiyyat rejimi tətbiq olunacaq.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!

"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
İqtisadiyyat 12:00
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
Mikayıl Cabbarova müşavir təyin edilib
İqtisadiyyat 11:47
Mikayıl Cabbarova müşavir təyin edilib
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
İqtisadiyyat 10:42
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol