• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib

Azərbaycan XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
18.09.2026 17:28

 

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Azərbaycana səyahət xəbərdarlığını “özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski” ilə əsaslandırmasını qətiyyətlə pisləyib.

Bu barədə XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin sentyabrın 17-də Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, ayrı-ayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun aparılan məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim edilməsi və Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir.

“Fransanın Azərbaycanla bağlı belə ittihamlar səsləndirərkən öz hüquq-mühafizə və penitensiar sistemində mövcud problemləri nəzərə almaması diqqətdən kənarda qala bilməz”, - Hacızadə bildirib.

XİN rəsmisi həmçinin Fransa tərəfini Azərbaycanla bağlı “əsassız və qərəzli iddialardan” çəkinməyə, ölkənin suverenliyinə və daxili işlərinə hörmət etməyə, ikitərəfli münasibətlərə zərər vuran yanaşmalara son qoymağa çağırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər

ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlar başlaya bilər
Cəmiyyət 13:33
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlar başlaya bilər

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 13:28
Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsinin qarşısı alınıb


Hökməli-Qobu-Güzdək yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb
Cəmiyyət 13:14
Hökməli-Qobu-Güzdək yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb

PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Cəmiyyət 12:52
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

Sabah yağış yağacaq
Cəmiyyət 12:24
Sabah yağış yağacaq


DYP elektroskuter istifadəçilərinə müraciət edib
Cəmiyyət 12:11
DYP elektroskuter istifadəçilərinə müraciət edib

Bu yolayrıcına işıqforlar quraşdırılıb
Cəmiyyət 11:56
Bu yolayrıcına işıqforlar quraşdırılıb
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb
Cəmiyyət 11:29
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb

Bakıda məktəbdə şagird ölüb
Cəmiyyət 11:21
Bakıda məktəbdə şagird ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox