• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın İrandakı səfirliyi vətəndaşlara müraciət edib

Azərbaycanın İrandakı səfirliyi vətəndaşlara müraciət edib
22.09.2026 22:15

Azərbaycanın İrandakı səfirliyi aviareyslərin ləğvi səbəbindən ölkəyə qayıda bilməyən vətəndaşlara müraciət edib.Bu barədə səfirlik "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Səfirlik bildirib ki, İrandan Azərbaycana uçuşlar ləğv edildiyi üçün aviabilet almış, lakin reyslərin dayandırılması səbəbindən qayıda bilməyən Azərbaycan vətəndaşlarının quru yolu ilə ölkəyə qayıtmasına köməklik göstəriləcək.

Vətəndaşlardan bu məqsədlə Azərbaycanın İrandakı səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri xahiş olunub.

İran aviaşirkətlərindən Azərbaycana bilet alan vətəndaşlara isə biletlərin qaytarılması üçün həmin aviaşirkətlərin satış məntəqələrinə müraciət etmələri tövsiyə edilib.

Səfirliyin qaynar xətt nömrələri: +98 901 884 55 31, +98 905 523 01 07, +98 21 2259 6303.

Təbrizdəki Baş Konsulluğun qaynar xətt nömrələri: +98 914 472 14 10, +98 41 3333 4802.

İran aviaşirkətlərinin Azərbaycana həyata keçirdiyi uçuşlar müvəqqəti dayandırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Siyasət 23:30
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
Siyasət 19:57
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb
Siyasət 18:03
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb
Azərbaycan və İran narkotiklərin qanunsuz dövriyyəsi və terrorçuluqla mübarizəni müzakirə edib
Siyasət 17:48
Azərbaycan və İran narkotiklərin qanunsuz dövriyyəsi və terrorçuluqla mübarizəni müzakirə edib
İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Siyasət 16:51
İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Azərbaycanda 39 yeni hakim and içib
Siyasət 16:23
Azərbaycanda 39 yeni hakim and içib
Prezident təqaüdü alacaq tələbələrin adları açıqlanıb
Siyasət 15:18
Prezident təqaüdü alacaq tələbələrin adları açıqlanıb
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradır
Siyasət 14:52
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradır
Birinci xanımlar görüşüb
Siyasət 13:45
Birinci xanımlar görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol