• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan büdcəsində neft gəlirlərinin payını 30%-ə endirəcək - nazir

Azərbaycan büdcəsində neft gəlirlərinin payını 30%-ə endirəcək - nazir
25.09.2026 16:39

Azərbaycan 2030-cu ilin sonunadək dövlət büdcəsi gəlirlərində neft gəlirlərinin payını 30%-ə endirməyi, gəlirlərin 70%-ni isə qeyri-neft sektorundan təmin etməyi planlaşdırır. Bunu maliyyə naziri Sahil Babayev bildirib.

“2030-cu ilin sonuna məqsədimiz Azərbaycanın dövlət büdcəsi gəlirlərinin neftdən asılılığını 30%-ə endirmək, gəlirlərin 70%-ni isə qeyri-neft sektorundan təmin etməkdir”, - nazir deyib.

Bu məqsədlə hökumət növbəti üç ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertləri daha 20% azaltmağı planlaşdırır.

Babayevin sözlərinə görə, transfertlər son iki ildə artıq təxminən 20% azaldılıb.

Nazir həmçinin bildirib ki, büdcənin qeyri-neft ilkin kəsirinin ÜDM-ə nisbətinin 2026-cı ilin sonunda gözlənilən 17%-dən 2030-cu ilədək 12%-ə endirilməsi hədəflənir. Bu göstərici əvvəlki illərdə 22–23% təşkil edib.

Babayevin sözlərinə görə, Azərbaycanın ümumi dövlət borcu ÜDM-in təxminən 17%-nə, xarici dövlət borcu isə 6%-nə bərabərdir.

Ölkənin strateji ehtiyatları xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir.

Babayev bildirib ki, son altı ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına 25 milyard manat vəsait ayrılıb. Bu vəsait hesabına yol, su, enerji, yaşayış və sosial infrastruktur layihələri həyata keçirilib.


Onun sözlərinə görə, bununla yanaşı, 2021–2026-cı illərdə ölkənin digər ərazilərində infrastrukturun yenilənməsinə yönəlmiş layihələrə 16 milyard manat sərf olunub.



Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
15-29 yaşlı qadınlar arasında işsizlərin payı kişilərdən yüksək olub
İqtisadiyyat 16:37
15-29 yaşlı qadınlar arasında işsizlərin payı kişilərdən yüksək olub
Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb
İqtisadiyyat 16:33
Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb
Vüqar Bayramov: Qarabağın iqtisadiyyatı 2020-ci ildən bəri dörd dəfə böyüyüb
İqtisadiyyat 11:27
Vüqar Bayramov: Qarabağın iqtisadiyyatı 2020-ci ildən bəri dörd dəfə böyüyüb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol