• $
  • €
  • ₽
  • ₺
  • £

KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər

KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
26.09.2026 11:32

Azərbaycan istedadlı kadrlar, beynəlxalq biznes standartları və regional bağlantılar baxımından biznes üçün regional platformaya çevrilmək potensialına malikdir. Bunu KPMG-nin Azərbaycandakı İdarəedici Partnyoru və KPMG Qafqaz və Mərkəzi Asiya üzrə İnfrastruktur Sektorunun rəhbəri Vitaliy Yakovlev Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanı regional biznes platformasına çevirmək üçün üç əsas amil — insan kapitalı, beynəlxalq standartlara uyğun biznes infrastrukturu və yeni bazarlara çıxış imkanları vacibdir.

Yakovlev bildirib ki, ölkədə gənc və peşəkar kadrların, xüsusilə İT, mühəndislik və dizayn sahələrində mütəxəssislərin sayı artır.

O, həmçinin Azərbaycanın beynəlxalq maliyyə hesabatlılığı, komplayens və biznes prinsiplərini tətbiq edən şirkətlərin fəaliyyət göstərdiyi bazar olduğunu qeyd edib.

“Azərbaycanın regional bağlantısı, o cümlədən Orta Dəhliz və enerji dəhlizləri ölkənin mövqeyini gücləndirir”, — Yakovlev deyib.

KPMG rəhbəri investorlar üçün əsas məsələlərdən birinin vergi güzəştlərindən daha çox sabit və aydın tənzimləmə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, gömrük, miqrasiya, valyuta tənzimlənməsi, kapital və arbitraj sahələrində ardıcıl qaydaların tətbiqi investorların ölkədə özlərini daha rahat hiss etməsinə imkan verə bilər.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!

"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
İqtisadiyyat 12:00
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
Mikayıl Cabbarova müşavir təyin edilib
İqtisadiyyat 11:47
Mikayıl Cabbarova müşavir təyin edilib
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
İqtisadiyyat 10:42
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol