Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
Yerli və xarici tərəfdaşlar arasında birgə layihələr üzrə danışıqlarda yalnız maliyyə və maddi aktivlərin deyil, texnologiya, biznes əlaqələri kimi qeyri-maddi aktivlərin də dəyəri nəzərə alınmalıdır. Bunu KPMG-nin Azərbaycandakı İdarəedici Partnyoru və KPMG Qafqaz və Mərkəzi Asiya üzrə İnfrastruktur Sektorunun rəhbəri Vitaliy Yakovlev deyib.
Onun sözlərinə görə, birgə müəssisələrdə tərəflərin payının müəyyənləşdirilməsi zamanı yalnız hər bir tərəfin qoyduğu kapital və maddi aktivlərə əsaslanmaq danışıqları çətinləşdirə bilər.
“Torpaq, kapital və avadanlıq kimi maddi aktivlərdən danışırıq. Lakin texnologiyanın, nou-haunun və xüsusilə Azərbaycan kimi ölkələrdə biznes əlaqələrinin dəyəri də nəzərə alınmalıdır”, — Yakovlev bildirib.
O qeyd edib ki, yerli biznes əlaqələri, xarici texnologiya, yerli avadanlıq və xarici kapitalın birləşdirilməsi layihənin ümumi dəyərini artıra və tərəflər arasında yaranan fikir ayrılıqlarının həllinə kömək edə bilər.
Yakovlevin sözlərinə görə, tərəflərin layihəyə verdiyi müxtəlif töhfələrin düzgün qiymətləndirilməsi dayandırılmış layihələrin yenidən irəliləməsinə imkan yarada bilər.
Aytac Zeynalova
Son xəbərlər