• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident qanunları niyə parlamentə geri qaytarıb?

Prezident qanunları niyə parlamentə geri qaytarıb?
30.09.2026 12:21

Azərbaycanda innovativ məhsullar üçün bazar və tələbin formalaşdırılması məqsədilə 20%-lik satınalma güzəşti qanunvericilikdə məcburi norma kimi təsbit ediləcək. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov rəqəmsal texnologiyalar sahəsinə dövlət dəstəyi ilə bağlı yenilənmiş qanun layihəsinin parlamentdə müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanunun ilkin variantında sektor üzrə güzəştlər ümumi qaydada tətbiq edilirdisə, yeni dəyişikliklər dövlət dəstəyini konkret meyar və şərtlərlə, o cümlədən ixrac göstəriciləri və ölkəyə valyuta daxilolmaları ilə əlaqələndirir.


“Mühüm dəyişikliklərdən biri güzəştlərin tətbiq dairəsinin daha dəqiq müəyyən edilməsi və dövlət dəstəyinin konkret olaraq özəl innovativ sahibkarlığa yönəldilməsidir. Dövlət innovativ məhsullar üçün bazarın və tələbin formalaşmasına şərait yaratmaq məqsədilə 20%-lik satınalma güzəşti müəyyən edir və yeni redaksiyada bu, imperativ norma kimi təsbit olunur”, - Əmiraslanov bildirib.


O qeyd edib ki, yenilənmiş qanuna innovativ iqtisadiyyatda fəaliyyət göstərən sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı əlavə müddəalar da daxil edilib.


“Dövlət innovativ sahibkarlığı dəstəkləməyə davam edir, lakin bu dəstəyi şəffaf meyarlar əsasında konkret iqtisadi nəticəyə görə hədəfləyir. Söhbət dövlət dəstəyinin məhdudlaşdırılmasından deyil, onun daha ünvanlı və nəticəyönümlü tətbiqindən gedir”, - deputat deyib.


Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov isə bildirib ki, Milli Məclisin 2023-cü il iyulun 14-də qəbul etdiyi, rəqəmsal texnologiyalar sahəsinin subyektləri üçün bir sıra güzəşt və imtiyazlar nəzərdə tutan 453 nömrəli qanun Konstitusiyanın 110-cu maddəsinə uyğun olaraq yenidən baxılması üçün parlamentə qaytarılmışdı.


Onun sözlərinə görə, sənəd bu müddətdə aidiyyəti dövlət orqanları ilə birgə təkrar müzakirə olunub və təkmilləşdirilərək Milli Məclisə təqdim edilib.


“Təqdim olunan layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və sosial güzəştlərlə məhdudlaşmır. O, rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrini vahid təşviq yanaşmasında birləşdirir, innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir”, - Mövsümov bildirib.


Azər Əmiraslanov qeyd edib ki, Prezidentin təklif etdiyi dəyişikliklər qanunun ilkin məqsədini saxlamaqla onun tətbiq mexanizmlərini təkmilləşdirir. Yenilənmiş sənədin qəbul edilməsi Milli Məclisin aidiyyəti komitəsi tərəfindən məqsədəuyğun hesab olunub.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol