Azərbaycanda erkən evlilik anlayışı dəyişdirilib
Nazirlər Kabineti “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, erkən evlilik anlayışı yenilənib.
Belə ki, erkən evlilik nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq kimi müəyyənləşdirilib.