• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Si Cinpini Çinin Milli Günü münasibətilə təbrik edib

İlham Əliyev Si Cinpini Çinin Milli Günü münasibətilə təbrik edib
01.10.2026 12:32

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda Azərbaycan Prezidentinin Çin xalqını bayram münasibətilə təbrik etdiyi və ən xoş arzularını çatdırdığı bildirilib.

İlham Əliyev məktubunda Çinin Si Cinpinin rəhbərliyi ilə müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri qeyd edib.

Azərbaycan-Çin münasibətlərinə toxunan Prezident iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və əməkdaşlığın inkişaf etdiyini bildirib. O, əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.

Məktubda iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdiyi vurğulanıb.

İlham Əliyev həmçinin Azərbaycan və Çin arasında vizasız gediş-gəliş rejiminin insanlararası təmaslara və turizmin inkişafına təkan verdiyini bildirib.

Prezident “Kəmər və yol” təşəbbüsü, Orta Dəhliz və Mərkəzi Asiya ölkələri ilə həyata keçirilən bağlantı layihələrinin əhəmiyyətini də qeyd edib.

Məktubda enerji sahəsində əməkdaşlığa xüsusi yer ayrılıb. İlham Əliyev Çinin “Universal Energy” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində fəaliyyətini və şirkətin inşa etdiyi “Qobustan” Günəş Elektrik Stansiyasının açılışını iki ölkə arasında iqtisadi əlaqələrin şaxələndirilməsinin nümunəsi kimi qeyd edib.

Prezident məktubunun sonunda Azərbaycan-Çin dostluq və hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib, Si Cinpinə möhkəm cansağlığı və fəaliyyətində uğurlar, Çin xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Siyasət 19:36
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 18:30
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Məlumat verənləri sıxışdırıb işdən çıxara bilərlər - deputat qanunun əlehinə səs verəcəyini deyir
Siyasət 16:44
Məlumat verənləri sıxışdırıb işdən çıxara bilərlər - deputat qanunun əlehinə səs verəcəyini deyir

Prezident Lord Anas Sarvarı qəbul edib
Siyasət 16:36
Prezident Lord Anas Sarvarı qəbul edib
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
Siyasət 12:39
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
Mustafayev Rusiyada Rusiya rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə görüşüb
Siyasət 10:33
Mustafayev Rusiyada Rusiya rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə görüşüb
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu yük gəmisi dron hücumuna məruz qalıb - XİN
Siyasət 10:12
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu yük gəmisi dron hücumuna məruz qalıb - XİN
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti müzakirə edilib
Siyasət 20:35
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti müzakirə edilib
Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Siyasət 18:41
Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol