• $
  • €
  • ₽
  • ₺
  • £

Kanat yollarında sərnişindaşıma “Bakı Metropoliteni”nə həvalə edilir

Kanat yollarında sərnişindaşıma “Bakı Metropoliteni”nə həvalə edilir
02.10.2026 16:03

Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili ilə bağlı 7 may 2026-cı il tarixli Fərmanda dəyişiklik edib. Dəyişikliyə əsasən, “Bakı Metropoliteni” QSC sərnişin kanat yolları sahəsində də fəaliyyət göstərəcək.

Bununla bağlı dövlət başçısı yeni Fərman imzalayıb.

Sənədə əsasən, “Bakı Metropoliteni” QSC sərnişin kanat yolları sahəsində sərnişindaşıma xidmətlərinin göstərilməsini, bu xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin artırılmasını, onların təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqini təmin edəcək.

QSC-yə həmçinin sərnişin kanat yollarının layihələndirilməsi, tikintisi və istismarı, maddi-texniki bazanın gücləndirilməsi və müasirləşdirilməsi, müxtəlif nəqliyyat xidmətlərinin qarşılıqlı inteqrasiyası, vahid mərkəzdən idarə olunması və əlaqələndirilməsi ilə bağlı səlahiyyətlər verilib.

Prezidentin 7 may 2026-cı il tarixli Fərmanı ilə “Bakı Metropoliteni” QSC “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC-nin ona qoşulması formasında yenidən təşkil edilib. Həmin sənədlə metro, avtobus, tramvay və taksi xidmətlərinin vahid mərkəzdən idarə olunması nəzərdə tutulub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Cəmiyyət 11:29
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:12
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Cəmiyyət 10:10
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Cəmiyyət 23:35
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Tovuzda avtomobil piyadanı vurub, yaralının vəziyyəti ağırdır
Cəmiyyət 22:30
Tovuzda avtomobil piyadanı vurub, yaralının vəziyyəti ağırdır
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub
Cəmiyyət 21:47
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub
Kütləvi davadan sonra gizlənənləri DTX saxlayıb
Cəmiyyət 19:41
Kütləvi davadan sonra gizlənənləri DTX saxlayıb
İndoneziya Sinqapura kəmər qazı tədarükünü 9 faiz azaldıb
Cəmiyyət 19:00
İndoneziya Sinqapura kəmər qazı tədarükünü 9 faiz azaldıb
Azərbaycan bu ilin doqquz ayında tütün məhsullarının idxal və ixracını artırıb
Cəmiyyət 17:07
Azərbaycan bu ilin doqquz ayında tütün məhsullarının idxal və ixracını artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol