• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda qanun layihəsi üstündə deputatlar əlbəyaxa olub - video

Ermənistanda qanun layihəsi üstündə deputatlar əlbəyaxa olub - video
06.10.2026 11:08

Ermənistan Milli Məclisində hakim “Vətəndaş Müqaviləsi” və müxalifətdəki “Güclü Ermənistan” fraksiyalarının deputatları arasında mübahisə davaya çevrilib. Qarşıdurma parlamentin gündəliyinə Ermənistan Apostol Müqəddəs Kilsəsindəki vəziyyətlə bağlı istintaq komissiyasının üzvlərinin sayının müəyyənləşdirilməsi məsələsinin daxil edildiyi iclasda baş verib.

Mübahisə “Güclü Ermənistan” fraksiyasının deputatı Edqar Qazaryanın çıxışı zamanı başlayıb. Qazaryan parlamentdə dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı tənqidi fikirlər səsləndirib və deputatlara bonus kimi verilən 250 min dramı xərcləməməyə çağırıb.

Milli Məclisin spikeri Ruben Rubinyan Qazaryanın gündəlikdəki məsələyə uyğun çıxış etmədiyini bildirərək onun mikrofonunu söndürüb.

Bundan sonra hakim və müxalifət deputatları arasında qarşıdurma yaranıb. Deputatların bir-birini itələdiyi və dartdığı bildirilib.

Rubinyan iclasda fasilə elan edib və təhlükəsizlik əməkdaşlarını zala çağırıb. Təhlükəsizlik əməkdaşları qarşıdurmaya müdaxilə edərək deputatları zaldan çıxarmağa çalışıblar.

Oktyabrın 6-da başlayan parlament iclaslarının gündəliyində iki məsələ yer alıb. Onlardan biri Ermənistan Apostol Müqəddəs Kilsəsində bir sıra ruhanilərin fəaliyyəti nəticəsində yaranmış böhranı və kilsənin erməni xalqının mənəvi həyatında, milli mədəniyyətin inkişafında və milli kimliyin qorunmasında missiyasının yerinə yetirilməməsi ilə bağlı problemləri araşdıracaq istintaq komissiyasının üzvlərinin sayının müəyyənləşdirilməsi barədə layihədir.

Müxalifət fraksiyaları bu təşəbbüsü konstitusiyaya zidd hesab edir və komissiyanın işində iştirak etməyəcəklərini bildiriblər.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər


Ukrayna Bryanska PUA hücumu edib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb
Dünya 13:47
Ukrayna Bryanska PUA hücumu edib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Moskvada mobil internet söndürülüb
Dünya 12:48
Moskvada mobil internet söndürülüb
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Dünya 23:44
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
Dünya 22:46
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV
Dünya 21:16
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
Dünya 20:44
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
İranda regional təhlükəsizliklə bağlı dördtərəfli görüş keçirilib
Dünya 18:26
İranda regional təhlükəsizliklə bağlı dördtərəfli görüş keçirilib

Ukraynada hərbi vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb
Dünya 14:39
Ukraynada hərbi vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Dünya 00:04
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol