• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST Rusiyada laboratoriya əməkdaşının ölümünü izləyir



ÜST Rusiyada laboratoriya əməkdaşının ölümünü izləyir
06.10.2026 15:12

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın İrkutsk vilayətində taun üzrə tədqiqat aparan laboratoriyanın əməkdaşının ölümünü yaxından izləyir. Bunu ÜST-nin sözçüsü Kristian Lindmayer Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, qadın oktyabrın 2-də ağır pnevmoniya nəticəsində ölüb, lakin ölümün səbəbi hələ rəsmi olaraq müəyyən edilməyib.

Lindmayer bildirib ki, Rusiya hakimiyyəti ÜST-nin məlumat sorğusuna cavab verib. Onun sözlərinə görə, Rusiyanın İrkutsk Elmi-Tədqiqat Taun Əleyhinə İnstitutunun əməkdaşında icma mənşəli pnevmoniya aşkarlandıqdan sonra epidemioloji araşdırma aparılıb.

ÜST sözçüsü qeyd edib ki, Rusiya hakimiyyəti hadisə ilə təmasda olan şəxsləri müəyyənləşdirərək onların vəziyyətini izləyir. Hazırda həmin şəxslər arasında xəstəlik əlamətlərinin yayıldığına dair məlumat yoxdur.

Rusiya səhiyyə qurumları isə ölümün pnevmonik taunla əlaqəli olub-olmadığını araşdırır. Hazırda taun infeksiyası rəsmi olaraq təsdiqlənməyib.

Oxşar xəbərlər
Oxşar xəbərlər


Ukrayna Bryanska PUA hücumu edib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb
Dünya 13:47
Ukrayna Bryanska PUA hücumu edib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Moskvada mobil internet söndürülüb
Dünya 12:48
Moskvada mobil internet söndürülüb
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Dünya 23:44
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
Dünya 22:46
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV
Dünya 21:16
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
Dünya 20:44
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
İranda regional təhlükəsizliklə bağlı dördtərəfli görüş keçirilib
Dünya 18:26
İranda regional təhlükəsizliklə bağlı dördtərəfli görüş keçirilib

Ukraynada hərbi vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb
Dünya 14:39
Ukraynada hərbi vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Dünya 00:04
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol